Icma.az
close
up
RU
Netanyahu: Livanla çərçivə sazişi İran üçün ciddi zərbədir

Netanyahu: Livanla çərçivə sazişi İran üçün ciddi zərbədir

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu Livanla bağlı çərçivə sazişini "İran üçün zərbə" adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Məlumata görə, Netanyahu Tehranın tələblərinin əksinə olaraq, təhlükəsizlik mülahizələrinə ilə bağlı İsrail qoşunlarının hələlik Cənubi Livandan çıxarılmayacağını bildirib.

Baş nazir uzun sürən danışıqların müsbət nəticələndiyini diqqətə çatdırıb.

"Ən vacibi odur ki, İsrail Livanın cənubundakı təhlükəsizlik zonasında qalır. Bu, böyük nailiyyətdir və biz bunu "Hizbullah" tərksilah olana və İsrail Dövləti üçün təhlükə mövcud olana qədər qoruyub saxlayacağıq", - deyə Netanyahu bildirib.

"Bu, həm də İran üçün ciddi zərbədir. Əslində, İsrail, Livan və Birləşmiş Ştatlar onlara deyirlər ki, bu, sizin işiniz deyil.

Biz Cənubi Livanda ilkin təhlükəsizlik zonasını daim tank əleyhinə raketlərin əli çatmayan məsafədə saxlayırıq. Bundan əlavə, biz, təbii ki, Livan ordusuna əraziyə nəzarəti ələ almağa hazırlaşmağa başlamağa imkan veririk. Biz Cənubi Livanda iki pilot zona yaradırıq, hər ikisi İsrail Müdafiə Ordusunun tövsiyəsi ilə", -deyə baş nazir qeyd edib.

Xatırladaq ki, iyunun 26-da ABŞ-nin dövlət katibi Marko Rubio, eləcə də İsrail və Livanın Vaşinqtondakı diplomatik nümayəndələri Yexiel Leyterlə Nada Həmmade-Muavvad beş mərhələdən ibarət danışıqların yekunu olaraq çərçivə sənədini təqdim ediblər. Rəsmilərin fikrincə, imzalanmış bu sənəd İsrail dövləti ilə İranın dəstəklədiyi "Hizbullah" təşkilatı arasındakı münaqişədən sonra regionda sülhün bərqərar olmasına zəmin yaradacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 İyun 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri