Netanyahu Qəzza zolağında bərpa işlərinə başlanmasına icazə verdi
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz Qəzza zolağının cənubunda bərpa işlərinə başlanmasına icazə veriblər.
Bizim.Media xəbər verir ki, bu barədə bazar günü səhər “Qaley Tsahal” radiostansiyasının hərbi icmalçısı Doron Kadoş məlumat yayıb.
“İsrail xəbərləri”nin yaydığı məlumatda qeyd olunur ki, icazə təxminən iki həftə əvvəl verilib, lakin qərar barədə rəsmi açıqlama edilməyib.
İşlər İsrail Müdafiə Ordusunun (İMO) nəzarətində olan Rəfahın şərq hissəsində, İsrailin nəzarət etdiyi ərazilərlə HƏMAS-ın nəzarətində qalan bölgələri ayıran “sarı xətt”in yaxınlığında aparılır.
Söhbət yaşayış kompleksinin yaradılması üçün infrastrukturun hazırlanmasından gedir. “Qaley Tsahal”ın məlumatına görə, işlərin bir hissəsinə təhlükəsizlik xidmətlərinin yoxlamasından keçdikdən sonra Qəzza zolağından podratçıların və fəhlələrin cəlb edilməsi nəzərdə tutulur.
Qərarın Qəzza zolağının bir hissəsində nəzarətin gələcəkdə Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə verilməsi planları fonunda qəbul edildiyi bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Avqust 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















