Icma.az
close
up
RU
Netanyahu Suriyada işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində olmadığını ortaya qoyur Politoloq

Netanyahu Suriyada işğal etdiyi əraziləri geri qaytarmaq niyyətində olmadığını ortaya qoyur Politoloq

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İsrail Suriyanın yeni hakimiyyətinin Dəməşqin cənubunda hərbi mövcudluğuna icazə verməyəcək. Biz ərəb respublikasının cənub bölgələrinin tam hərbisizləşdirilməsini tələb edirik.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu zabit kurslarının məzunları qarşısında çıxışı zamanı deyib.

"Biz "Heyət Təhrir əş-Şam"ın və ya yeni Suriya ordusunun Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Suriyanın cənubunun, o cümlədən Quneytra, Dəra və Suveyda əyalətlərinin tam silahsızlaşdırılmasını tələb edirik", - o bildirib.


Ədalət, Hüquq, Demokratiya  (ƏHD) Partiyasının idarə heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamaları, Suriyada işğal etdikləri əraziləri geri qaytarmaq niyyətində olmadıqları mesajını açıq şəkildə ortaya qoyur:


"Xüsusilə, İsrailin Suriyanın Colan təpələri də daxil olmaqla, Dəməşqə yaxın strateji bölgələri, o cümlədən Heron dağını işğal etməsi bölgədə gərginliyi artıran əsas amillərdən biridir. Colan təpələrinin nəzarət altına alınması İsrail üçün təkcə hərbi-strateji üstünlük qazandırmır, eyni zamanda su ehtiyatlarına nəzarət etməyə imkan yaradır. Belə ki, bu ərazilərin ələ keçirilməsi İsrailin şirin su ehtiyaclarının təxminən 30 faizdən çoxunu qarşılamasına şərait yaradıb.

Suriyanın yeni hökuməti ölkənin ərazi bütövlüyünü qorumağın prioritet məsələ olduğunu vurğulayaraq, bu prinsiplərdən geri çəkilməyəcəyini bəyan edir. Bu kontekstdə, regionda başqa bir mühüm oyunçu olan Türkiyənin də Suriya ilə bağlı konkret mövqeyi mövcuddur. Yaxın gələcəkdə Ankara və Dəməşq arasında hərbi müttəfiqlik sazişinin imzalanması mümkündür. Türkiyənin əsas məqsədi YPG terror təşkilatının tamamilə sıradan çıxarılmasıdır. Bu hədəfə nail olunduqdan sonra isə, növbəti mərhələdə İsrailin işğal etdiyi ərazilərdən çəkilməsi məsələsi gündəmə gətiriləcək. Beləliklə, Türkiyə regionda mühüm siyasi və hərbi faktor kimi ön plana çıxır. Netanyahu isə bu proseslərdən narahat olaraq, Suriya hökumətinə müxtəlif yollarla təsir etməyə çalışır. O, İsrailin şimalında, Suriyaya yaxın ərazilərdə hər hansı bir təhlükənin yaranmaması üçün preventiv addımlar atmağa cəhd edir. Netanyahu tərəfindən "Heyət Təhrir əş-Şam" ifadəsinin işlədilməsi də təsadüfi deyil. Onun bu mövzuya toxunması, yeni Suriya hökumətinin legitimliyini tanımayacağını açıq şəkildə göstərir. Qeyd etmək lazımdır ki, "Heyət Təhrir əş-Şam" əvvəlcə terror təşkilatı kimi formalaşmışdı və lideri Əhməd əş-Şəra ABŞ və digər bir sıra ölkələr tərəfindən terrorçu kimi tanınırdı. Lakin zamanla Suriya hökumətinə müəyyən imkanlar verildi ki, daxili inkişaf proseslərini həyata keçirsin və öz mövqeyini möhkəmləndirsin.

Türkiyənin Suriyada mövqelərini gücləndirməsi isə İsrail də daxil olmaqla, bir çox dövlətlərin maraqlarına ziddir. Ankara bölgədə öz təsir imkanlarını artırdıqca, bu, regional qüvvələr balansında ciddi dəyişikliklərə səbəb olur. Ümumiyyətlə, Türkiyənin bölgədə artan rolu Suriyanın ərazi bütövlüyünün təmin edilməsində əsas amillərdən biri kimi görünür".


Politoloq vurğulayıb ki, ölkədə PKK/YPG terror təşkilatlarının tamamilə məhv edilməsindən sonra Suriya iqtisadiyyatının bərpa prosesi başlayacaq və inkişaf tendensiyası müşahidə olunacaq:

"Hazırda Suriya ordusunda "Heyət Təhrir əş-Şam" qruplaşmasının tərkibində təxminən 10 minə yaxın döyüşçü olduğu bildirilir və bu qüvvə yetərincə zəifdir. Məhz bu səbəbdən, Türkiyənin dəstəyi Suriyanın daxili sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Netanyahu bütün bu proseslərin İsrail üçün təhlükə yarada biləcəyini düşündüyü üçün müxtəlif siyasi və diplomatik mesajlar verməklə vəziyyətə müdaxilə etməyə çalışır. Onun çıxışları və addımları göstərir ki, İsrail gələcəkdə də regionda üstünlük əldə saxlamaq niyyətindədir və bu məqsədlə müxtəlif strateji planlar həyata keçirməkdə davam edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri