Icma.az
close
up
RU
Netanyahu Suriyada tutulan ərazilərin qalıcı olacağını bildirib

Netanyahu Suriyada tutulan ərazilərin qalıcı olacağını bildirib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Suriyanın cənubunu işğalının daimi olacağı mesajını verib.

Bizimyol.info xəbər verir ki, hərbi məzuniyyət mərasimində çıxış edən Netanyahu İsrailin Suriyanın cənubunu nəzarətə götürməsinə toxunaraq, Dəməşqin cənubunun tam silahsızlaşdırılmasını tələb etdiklərini bildirib.

“Biz yeni rejim qüvvələrinin Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Biz Suriyanın cənubunun tam demilitarizasiyasını tələb edirik”, - deyə baş nazir Netanyahu qeyd edib.

“İran rejimi İsraili boğmağa çalışır” deyən Netanyahu: “İrana çox ağır zərbələr vurduq”, - deyə əlavə edib.

Netanyahu qeyd edib ki, onlar İranın raket istehsal imkanlarına ziyan vurublar, lakin onların son məqsədi onun nüvə silahı əldə etməsinin qarşısını almaq olub.

Baş nazir Qəzzada Həmas ilə İsrail arasında əldə olunan atəşkəs və əsir dəyişdirilməsi razılaşmasına da toxunaraq, onların müharibənin məqsədlərinə sadiq olduqlarını və bütün məhbusların geri qaytarılmasını təmin edəcəklərini bildirib. O, ABŞ prezidenti Donald Trampın açıqlamalarının əsirlərin vaxtından əvvəl azad edilməsini təmin etdiyini bildirib və göndərilən silahlar, xüsusilə də yüksək tonajlı bombalar üçün Trampa təşəkkür edib.

İsrail hökumətinin başçısı çıxışı zamanı HƏMAS-ın cənazələrini təhvil verdiyi israilli məhbuslardan Bibas ailəsinin fotosunu göstərib və mərasimə qatılanların “Niyə onları xilas etmədin?” şüarlarına etiraz edib.

Netanyahu işğal altındakı İordan çayının qərb sahilinə edilən hücumlara da toxunaraq, son illərdə ilk dəfə olaraq bölgəyə tankların göndərildiyini bildirib.

Eyni proqramda çıxış edən İsrailin müdafiə naziri Yisrael Katz da işğal altındakı İordan çayının qərb sahilinə hücumları genişləndirəcəkləri və gücləndirəcəkləri mesajını verdi.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Fevral 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri