Netanyahu təhlükəsizlik iclası keçirəcək
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahunun seçkilərdən əvvəl ölkəyə hücum edilə biləcəyi barədə açıqlamasından sonra müdafiə və təhlükəsizlik rəsmiləri ilə iclas keçirəcəyi bildirilir.
Turkustan.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzeti təhlükəsizlik iclasının bu gün axşam saatlarında keçirilməsinin gözlənildiyini yazıb.
Məlumata görə, görüşdə İsrailin müdafiə və təhlükəsizlik qurumlarının rəhbərləri iştirak edəcəklər. İclas Netanyahunun “seçkilərdən əvvəl ölkəyə hücum ediləcəyinə dair əlamətlər var” açıqlamasından sonra keçirilir.
Netanyahunun açıqlamasından sonra İsrail parlamentində əsas müxalifət lideri Yair Lapid də təhlükəsizlik brifinqi tələb edib.
Lapid X sosial şəbəkəsində yayımladığı açıqlamada Netanyahunun qeyd etdiyi təhdidlərin real olub-olmadığını öyrənmək istədiyini bildirib. O, təhdidin real olduğu halda seçkilərin keçirilməsinə mane olmadan lazımi hazırlıqların görülməli olduğunu vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















