Netanyahudan ölkə vətəndaşlarına çağırış: İqtisadi təcridə hazırlaşın
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu vətəndaşlara ölkənin mümkün iqtisadi təcridi barədə xəbərdarlıq edib.
Oxu.Az bu barədə "Kan" dövlət teleradio şirkətinə istinadla xəbər verir.
O, israilliləri avtarkiya elementlərinə - xarici əlaqələr olmadan müstəqil iqtisadiyyata gətirib çıxara biləcək dəyişikliklərə hazırlaşmağa çağırıb.
Netanyahu qeyd edib ki, Qətər də daxil olmaqla, düşmən ölkələr sosial şəbəkələr vasitəsilə qlobal diskursa təsir etmək üçün böyük sərmayələr yatırırlar. Baş nazirin sözlərinə görə, bu, İsrailin təcridini artırır.
Netanyahu ölkənin tədqiqat və real istehsalat daxil olmaqla, sənaye sektorunda çətinliklərlə üzləşə biləcəyini vurğulayıb.
O həmçinin qeyd edib ki, iqtisadi sanksiyalar və silahların, komponentlərin idxalı ilə bağlı problemlər reallığa çevrilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















