Icma.az
close
up
RU
Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb İki istək var, yoxlama olacaq

Netanyahunu 10 il sonra Bakıya gətirən səbəb İki istək var, yoxlama olacaq

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın günlərdə Azərbaycana səfər edəcəyinə dair yayılan məlumatlar mövcud geosiyasi vəziyyətdə xüsusi diqqət çəkdi. Hələ rəsmi olaraq təsdiqlənməsə də, səfərin may ayında baş tutması gözlənilir.

Netanyahunun Vaşinqton-Təl-Əviv birliyi ilə Tehran arasındakı gərginlik fonunda, əsasən də İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də ölkəmizə səfərindən sonra gəlişi, bir çox iddiaları aktuallaşdırdı. Bəzi ekspertlərin fikrincə, Bakı, bölgədə mühüm geosiyasi mövqe tutan bir aktor kimi İsrail ilə İran arasında vasitəçilik edə bilər. Həmçinin Ankara və Təl-Əvivin Suriyada qarşı qarşıya gəlməsi riskinin aradan qaldırılmasının da səfər çərçivəsində müzakirə ediləcək mövzulardan biri olduğu deyilir.

Bakının İran və İsrail arasında vasitəçi missiyasını həyata keçirməsi nə dərəcədə mümkündür? Regionda uzun müddətdir mövcud olan gərginlik azaldıla, yaxud tamamilə sona çatdırıla bilərmi?

Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Netanyahunun Bakıya gəlməsi ehtimalı kifayət qədər yüksəkdir və İsrail bu səfərlə həm öz maraqlarını təmin etmək, həm də Azərbaycanın strateji mövqeyindən faydalanmaq istəyir:

“Məsələ burasındadır ki, Yaxın Şərqdə müharibə davam edir və rəsmi Təl-Əviv geri çəkilmək niyyətində deyil. Belə bir vəziyyətdə İsrail Azərbaycanın İrana siyasi və ya diplomatik dəstək verməyəcəyindən əmin olmaq istəyir. Bu, Təl-Əviv üçün psixoloji və diplomatik cəhətdən önəmlidir.

Həmçinin İsrail-Türkiyə münasibətləri yenidən gərginləşir. Ankara ilə Təl-Əviv arasında müşahidə olunan soyuqluq fonunda İsrail Azərbaycana daha çox diqqət yetirir. Bu kontekstdə Bakının mövqeyi həm regional balans, həm də İsrailin strateji planlaması baxımından əhəmiyyət daşıyır.


Kənan Novruzov

Belə bir şəraitdə Təl-Əvivin Bakının ‘nəbzini yoxlamağa’ çalışa, eyni zamanda onu potensial vasitəçi kimi sınaya bilər. Bu da Azərbaycanın regiondakı diplomatik çəkisinin artdığını göstərir.

Əlbəttə, Azərbaycan hər zaman olduğu kimi, başqasının deyil, yalnız öz milli maraqlarına əsaslanan xarici siyasət yürüdəcək. Bakı–Təl-Əviv münasibətləri həm də Moskva-Vaşinqtonla əlaqələrinin fonunda formalaşacaq və onların dinamikasından təsirlənəcək.”

Qeyd edək ki, Benyamin Netanyahu sonuncu dəfə 2016-cı ildə Azərbaycana səfər edib.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri