Icma.az
close
up
RU
Netanyahunun ABŞ yə növbədənkənar səfəri region üçün hazırlanan may sürprizləri ŞƏRH

Netanyahunun ABŞ yə növbədənkənar səfəri region üçün hazırlanan may sürprizləri ŞƏRH

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-də növbədənkənar səfərdədir. Onu bu səfərdə hökumətin hərbi katibi general-mayor Roman Qofman da müşahidə edir. Baş nazir ABŞ-nin ticarət naziri Qovard Lütnik və ticarət üzrə komissarı Ceyms Qrirlə görüşüb.

Onun aprelin 8-də İsrailə dönəcəyi planlaşdırılır.

Məlumatlara əsasən, Binyamin Netanyahu səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşəcək.

Ağ Ev qlobal miqyasda gömrük rüsumlarını artırandan sonra bu, ştatların liderinin xaricilər arasında yəhudi dövlətinin hökumət başçısı ilə ilk görüşü olacaq.

Netanyahunun səfəri zamanı HƏMAS Təl-Əvivdən 32 km cənubda yerləşən İsrailin Aşdod şəhərini Qəzza zolağından raket atəşinə tutub. Baş nazir İsrail Müdafiə Ordusuna cavab zərbəsi endirməklə bağlı tapşırıq verib.

Qeyd edək ki, İsrailin Müdafiə Ordusu martın 29-da Qəzza zolağında əməliyyat keçirib və aprelin 2-də Rəfah şəhərinə nəzarəti təmin edib.

Binyamin Netanyahunun Vaşinqton səfərindən bir neçə gün əvvəl İsrail Suriyaya raket zərbələri endirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bununla bağlı bildirmişdi ki, Suriyada İsraillə qarşıdurma istəmirlər: “Çünki Suriya suriyalılara məxsusdur”.

Bu ölkədəki yeni hakimiyyətin rəsmi Ankara ilə sıx münasibəti regionda bir sıra ölkələri narahat edir. Belə güman olunur ki, Suriyadakı yeni hakimiyyətin əsas məsləhətçisi Türkiyədir.

Yeri gəlmişkən, ölkənin Prezidenti Əhməd əş-Şaraanın bu günlərdə Türkiyəyə yenidən səfər edəcəyinə dair xəbər yayılıb. Bu, onun cari ildə dövlət başçısı kimi ikinci səfəri olacaq.

Apreldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə səfəri də gözlənilir. Onun Trampla görüşündə Suriyada sabitliyin qorunması, yeni hakimiyyətin funksional vəziyyətə gətirilməsi və normallaşma prosesinin sürətləndirilməsi üçün ABŞ ilə birgə səy göstərilməsi, Suriyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması, suriyalıların təhlükəsiz və könüllü qayıdışına yardım edilməsi, ABŞ-dən yeni dövrdə Türkiyənin maraqlarını nəzərə alan bir anlayışla terrorla mübarizədə addım atılması, müdafiə sənayesi sahəsində iki ölkənin əməkdaşlığını gücləndirməsi, "F-16" tədarük prosesinin tamamlanması və Türkiyənin "F-35" proqramına yenidən daxil edilməsi kimi məsələlərin müzakirə ediləcəyi, uyğun addımların atılacağı gözlənilir.

İranın müharibəyə hazır olmasına dair açıqlamaları da regionda vəziyyəti gərginləşdirən amillərdəndir. İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamənei bildirib ki, müharibəyə hazırdırlar və ölkənin silahlı qüvvələrinin döyüşə hazır vəziyyətə gətirilməsi barədə göstəriş verib.

İranın xarici işlər nazir Abbas Əraqçi isə ABŞ ilə danışıqlara hazır olduqlarını bildirib. Onun sözlərinə görə, bunun üçün Ştatlar İslam Respublikasına sanksiyaları zəiflətməlidir.

Bu açıqlamalarla yanaşı, aprelin 7-də İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ ilə danışıqlara dair ölkəsinin yeni təklifini açıqlayıb. Onun sözlərinə görə, İran ABŞ ilə danışıqlar aparmaq üçün Omanın vasitəçiliyini qəbul edə bilər: “Bu ideya reallaşarsa, onda Oman danışıqları keçirmək üçün əsas namizəd olacaq”.

Bu kimi xəbərlərə əsasən, ehtimal etmək olar ki, Binyamin Netanyahu ABŞ-də aşağıdakı məsələləri müzakirə edə bilər, yaxud rəsmi Vaşinqtondan bu məsələlər üzrə təminat almaq istəyir:

Abbas Əraqçi

-Ağ Evin İsrailə tətbiq etdiyi tarifin ləğvi;

-HƏMAS-ın əlində girovluqda saxlanılan israillilərin sərbəst buraxılması;

-İsraillə Türkiyə arasında gərginliyin aradan qalxması;

-İrandan gözlənilən mümkün təhlükəyə qarşı birgə addımın atılması;

-Yəməndə husi qiyamçıların fəaliyyətinin genişlənməsinin qarşısının alınması;

-Fələstinin, o cümlədən Qəzzanın gələcəyi;

-Suriyada yeni hakimiyyətlə İsrail arasında münasibətlərin tənzimlənməsi;

-PKK/YPG-PYD-nin silahları buraxdıqdan sonra fəaliyyəti;

-İranın və ona bağlı qüvvələrin İraqdan çıxması və tərk-silah edilməsi və başqaları.

İsrail Türkiyəyə, eləcə də Suriyadakı hakimiyyətə PKK-çılarla təzyiq etməyə səy göstərirdi. Ancaq Əhməd əş-Şaraanın bu qruplaşamaya tərk-silahla bağlı müraciətindən sonra onlar rəsmi silahlı qüvvələrə qoşulacaqlarına razılıq verib. Bu günlərdə isə PKK silahlıları Suriyanın Hələb şəhərini tərk edib.

Belə qənaətə gəlmək olar ki, İsrailin Baş naziri ABŞ-İran, ABŞ-Türkiyə danışıqları ilə bağlı müzakirələrdə mövqelərinin nəzərə alınmasını Ağ Evdən istəyir.

Binyamin Netanyahunun ABŞ-yə səfəri Yaxın Şərqin yenidən qurulmasına da müsbət təsir göstərə bilər. Çünki Livanda “Hizbullah”, Qəzzada HƏMAS zəifləyəndən sonra növbədə husilər və İrandakı hakimiyyətlə bağlı məsələ gündəliyə çıxır.

Bu arada, İran İraqdakı tehranyönlülərdən vəziyyəti gərinləşdirmək, yaxud regionda üstünlüyünü göstərmək üçün istifadə edə bilər. Mümkün bu variantın qarşısını almaq məqsədilə “İraqın İrandan azad edilməsi” prosesinin başlanılması təklif edilir. Çünki son günlər HƏMAS-ın İsrailə zərbə endirməsi, “Hizbullah”ın Suriyada hücumlar keçirməsi, habelə Bəşşar Əsəd rejimindənqalma hərbçilərin ölkənin Tartus və Latakiya bölgələrindəki qiyamı Tehranın özünü göstərməsi kimi dəyərləndirilir.

Ona görə də belə ehtimal etmək olar ki, hökumət başçısının ABŞ-ni ziyarəti İranın regionda aktivliyinin zəiflədilməsi, Suriyadan İsraili gözləyən təhlükənin aradan qalxması, HƏMAS-ın girovları azad etməsi, Türkiyə ilə aralarında olan mövcud anlaşılmazlıqların həllidir. Bu kimi məsələlərin həlli, yaxud müəyyən razılıqlarn əldə edilməsi Yaxın şərq bölgəsinin inkişafına, əlaqələrin genişlənməsinə və s. təkan verə bilər.

Məsələnin həlinin davamı isə ABŞ-Türkiyə zirvə toplantısında baş tuta bilər. Hətta Əhməd əş-Şaraanın Türkiyə səfəri zamanı Donald Trampa müəyyən ismarışların çatdırılacağı da istisina edilmir. ABŞ-İran nümayəndələrinin görüşündə isə regiondakı başlıca problemin həllinə ümidlər arta bilər.

Bu səfər İsraillə bölgədəki ərəb ölkələri arasında əlaqələrin, əməkdaşlığın genişlənməsinə stimul ola bilər.

İsrail Baş nazirinin ABŞ-yə növbədənkənar səfərini Tramp-Ərdoğan və mümkün Vaşinqton-Tehran görüşlərinə hazırlıq kimi də dəyərləndirmək olar. Odur ki, may region üçün sürprizlər vəd edən aya oxşayır.

Sədrəddin Soltan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Aprel 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Maşını 2 azyaşlı olan avtomobilin üzərinə sürüb qorxulu anlar yaşatdı VİDEO

07 Aprel 2025 10:01see132

Premyer Liqa futbolçusu əməliyyat olundu mövsümü erkən bitirib

06 Aprel 2025 00:07see127

Uşağı aparmaqdan imtina edən taksi sürücüsü yoxlanılacaq…

05 Aprel 2025 23:06see125

Mask Avropada terror təhlükəsi barədə xəbərdarlıq etdi

06 Aprel 2025 03:36see122

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

07 Aprel 2025 01:42see121

Bacısı qızının toyuna gedən şəxs öldü

05 Aprel 2025 23:20see119

HƏMAS İsrailə raket atdı Yaralılar var gərginlik artır

07 Aprel 2025 01:10see119

Dedik güldük, dalaşdıq, indi iş vaxtıdı, Abasov! YAZI

07 Aprel 2025 00:54see117

Britaniyadan olan iki deputat İsrailə buraxılmayıb və deportasiya edilib

06 Aprel 2025 08:22see116

Fidandan müxalifət liderinə CAVAB

06 Aprel 2025 21:30see116

Sabah Kəpəz ə qarşı

06 Aprel 2025 09:00see116

Əhalinin diqqətinə: Sabah Bakının iki qəsəbəsində işıq olmayacaq

06 Aprel 2025 19:48see115

“Kəpəz” “Sabah”a, “Zirə” “Qarabağ”a qarşı YENİLƏNİR

06 Aprel 2025 08:23see114

Virus insanlara keçə bilər BÖYÜK TƏHLÜKƏ

06 Aprel 2025 17:31see112

Liqa 1 tarixinin rekordu

06 Aprel 2025 15:49see112

Bayer 90+1 ci dəqiqədə sevinib, Ştutqart dan səfərdə 4 cavabsız qol VİDEO

05 Aprel 2025 23:03see111

Gəncədə 23 yaşlı kişi bıçaqlandı, şübhəli şəxs saxlanıldı KONKRET

06 Aprel 2025 10:16see109

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

06 Aprel 2025 22:27see108

İtalyan tələbələr yeni Jaguar üslubunda idman avtomobili yaradırlar

05 Aprel 2025 23:14see106

Aeroport şosesində yol qəzası sıxlığa səbəb olub

05 Aprel 2025 23:50see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri