Icma.az
close
up
RU
Netanyahunun səfərindən gözləntilər nədir?

Netanyahunun səfərindən gözləntilər nədir?

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


"İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri təkcə ikitərəfli əlaqələr deyil, eləcə də qlobal və regional hadisələr baxımından olduqca əhəmiyyətlidir. İran prezidentinin ardınca İsrailin baş nazirinin ölkəmizə gəlməsi, həmin ərəfədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın da Azərbaycana səfər edəcəyi barədə yayılan xəbərlər onu deməyə əsas verir ki, rəsmi Bakı artıq regional oyunçu, vasitəçi kimi qəbul edilir. Təsadüfi deyil ki, bu ərəfədə İsrail və Türkiyə liderlərinin Bakıda görüşəcəyi barədə də xəbərlər yayılmaqdadır. Bundan bir müddət əvvəl hər iki ölkə rəsmilərinin məhz Bakıda bir araya gəlməsi də Netanyahu və Ərdoğan görüşünün mümkünlüyünə dəlalət edir".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərini şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, ehtimal olunan görüşün reallaşması eyni zamanda Azərbaycanın bir daha barışdırıcı, sülhpərvər ölkə olduğunu ortaya qoymuş olacaq:
"İsraillə Türkiyə arasında yaranan gərginlik heç şübhəsiz ki, Bakını da ciddi narahat edir. Hər iki ölkə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Türkiyə bizim üçün dost-qardaş ölkədir. İsrail də eyni zamanda Azərbaycanın yaxın dostu, müttəfiqidir. 44 günıük Vətən müharibəsində hər iki ölkə Azərbaycanın haqq işi uğrunda apardığı mübarizədə öz mənəvi dəstəyini nümayiş etdirdi. Ona görə də Təl-Əviv və Ankara arasında münasibətlərin pozulması İsrail və Türkiyə qədər də Azərbaycanı məyus edir. Ona görə də rəsmi Bakı bizim üçün son dərəcə əhəmiyyətli olan bu iki ölkə arasında barışdırıcı missiya rolunu oynamağa çalışır".

Arzuman Muradlı deyib ki, Netanyahunun səfəri ikitərəfli əlaqələrin inkişafı baxımından da əhəmiyyətlidir:
"İsraillə hərbi sahədə əməkdaşlıq hər zaman bizim üçün prioritet olub. Bu ölkənin inkişaf etmiş hərb sənayesi Azərbaycan üçün cəlbedicidir. Eyni zamanda kənd təsərrüfatı, iqtisadi sahədə də iki ölkə arasında əlaqələri inkişaf etdirmək üçün potensial var. Hesab edirəm ki, Netanyahunun Azərbaycana səfəri sadalanan istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmli olacaq".
Arzuman Muradlı bir xüsusa da diqqət çəkib. İctimi birlik sədri deyib ki, İsrail baş nazirinin Azərbaycana səfərinin bir neçə gün davam etməsi də diqqət yetiirilməli məqamdır:
"Adətən Benyamin Netanyahu təhlükəsizlik səbəbindən səfər etdiyi istənilən ölkədə qısamüddətli olur. Hətta onun Birləşmiş Ştatlara da səfəri bir neçə saat davam etdi. Netanyahunun təxminən 5 gün Azərbaycanda səfərdə olması həm də ona dəlalət edir ki, ölkəmiz kifayət qədər sabit, təhlükəsizdir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri