Netanyahunun həbsinə dair qərarda G7 ölkələrinin fikirləri haçalanıb
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İtaliya G7 müttəfiqləri arasında kompromis əldə etməyə və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC - BCM) İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair orderin icrasını Yaxın Şərq münaqişəsi bitənə qədər dayandırmağa çalışır.
Sitat.info xəbər verir ki, bu barədə İtaliyanın "Il Messaggero" nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu məsələdə G7 ölkələrinin mövqeləri fərqlidir.
"Birləşmiş Ştatlar Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımadığını elan etsə də, misal üçün, Böyük Britaniya BCM qarşısında götürdüyü öhdəlikləri rəhbər tutacağını bildirib", - mənbə yazır.
Qəzet xatırladır ki, İtaliya BCM-in qərarlarını dəstəkləyir, lakin hesab edir ki, qərar hüquqi cəhətdən əsaslandırılmalı və siyasi çalarlara malik olmamalıdır. Bu səbəbdən İtaliya Fələstinlə münaqişə sona çatana qədər əmrin icrasını dayandırmağa çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 26 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















