Icma.az
close
up
RU
Netanyahunun ölkəmizə gözlənilən səfəri Azərbaycanın vasitəçi rolunun yüksək qiymətləndirildiyini göstərir

Netanyahunun ölkəmizə gözlənilən səfəri Azərbaycanın vasitəçi rolunun yüksək qiymətləndirildiyini göstərir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrailin baş naziri Benyamin Netanyahunun tezliklə Azərbaycana rəsmi səfəri gözlənilir. Bu barədə aprelin 23-də “İsrael Hayom” nəşri məlumat yayıb. Səfərin tarixi dəqiqləşməsə də, yaxın gələcəkdə baş tutacağı gözlənilir. Səfər zamanı İsrail və Azərbaycan arasında ikitərəfli əməkdaşlıq müzakirələrin əsas mövzusu olacaq. Bir müddətdir Azərbaycanın “İbrahim sazişləri”nə qoşulacağı müzakirə edilir.

“Azərbaycan Yaxın Şərq və Mərkəzi Asiyada yeni təhlükəsizlik arxitekturasının açar oyunçularından birinə çevrilir. Bu, müvafiq regionlarla əlaqədar məsələlərin həllində və yeni regional geosiyasi konfiqurasiyaların formalaşdırılmasında Azərbaycanın əvəzedilməz dərəcədə əhəmiyyətli aktor olması ilə əlaqədardır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Yaxın Şərqdə hazırda ən mühüm məsələlər Türkiyə-İsrail və İran-İsrail arasındakı qarşıdurmalardır: “Azərbaycan üçün həm qardaş Türkiyə, həm də strateji müttəfiq İsraillə münasibətlər vacib olduğu üçün, 2010-cu ildə yaşanan “Mavi Marmara” hadisəsindən sonra olduğu kimi, indi də cənab Prezident gərginliyi azaltmaq, bu iki ölkəni barışdırmaq və mövqelərini uzlaşdırmaq üçün mühüm diplomatik gedişlər edir. Bakıda bu yaxın vaxtlarda baş tutan İsrail və Türkiyə nümayəndə heyətləri arasında yüksək səviyyəli danışıqlar da, İsrail Baş naziri Netanyahunun ölkəmizə gözlənilən səfəri də məhz ölkəmizin vasitəçi rolunun yüksək qiymətləndirildiyinin göstəricisidir”.

Şəhla Cəlilzadə

Şəhla Cəlilzadə qeyd edib ki, İsrail tərəfi ölkəmizi “İbrahim sazişləri”nə qoşulmaq üçün uyğun görür: “Bu, təsadüfi deyil. Çünki, İbrahim sazişləri imzalayan ərəb dövlətlərinin (BƏƏ, Bəhreyn Sudan, Mərakeş) İsraillə normal, yaxşı münasibətləri var. Azərbaycan da müsəlman dünyasında bu baxımdan seçilən dövlətlərdəndir. Netanyahunun səfəri çərçivəsində bu məsələnin də müzakirə olunacağı gözlənilir. Lakin, ölkəmizin bu sazişdə yer alması Azərbaycanı Türkiyə və İranla üz-üzə qoya bilər, odur ki, bu barədə milli mövqedən çıxış etmək lazımdır. Netanyahunun səfəri zamanı həm Türkiyə, həm İranı əlaqədar edən məsələlər, o cümlədən Suriya məsələsi də müzakirə olunacaq”.

Politoloq bildirib ki, Azərbaycanın Suriyanın quruculuğunda, o cümlədən enerji layihələrində Türkiyə ilə birgə iştirak etməkdə maraqlı olması nəzərə alınaraq ölkəmizin yeni Yaxın Şərq siyasəti Azərbaycan-Türkiyə-İsrail anlaşması fonunda reallaşa bilər.

“Göründüyü kimi, bir çox məsələlərdə baş-başa gələn bu iki ölkə Azərbaycanın vasitəsilə ortaq fəaliyyət və ortaq maraq sahəsi tapa bilir. Netanyahunun səfəri barədə açıqlamanın İran Prezidenti Pezeşkianın ölkəmizə planlaşdırılan səfərindən öncə verilməsi Azərbaycanın İran və İsrail arasında da vasitəçi ola biləcəyindən xəbər verir. Beləliklə, Azərbaycan iki toqquşan tərəfdən birini seçməyərək, tərəflər arasında barışdırıcı, uzlaşdırıcı mövqe alır. Bu, qlobal dünya nizamının yaratdığı tektonik siyasi hərəkətlənmələrdə ölkəmizin “sabit ada” kimi qalmasında, tərəflərin təhlükəsiz hesab edərək dəyərləndirdiyi ölkə olmağımızda mühüm rol oynayır. Elə buna görə də, vaxtilə NATO və Rusiya yüksək hərbi generallarının görüşləri də Bakıda baş tutub, Azərbaycan Türkiyə və Rusiya arasındakı “təyyarə böhranı” zamanı da uğurlu vasitəçi olub”-deyə Şəhla Cəlilzadə vurğulayıb.

Şəhla Cəlilzadə əlavə edib ki, Azərbaycan bir tərəfdən İsraillə birgə ABŞ-la üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirməyə çalışır, digər tərəfdən Çinlə strateji tərəfdaşlıq müqaviləsi ilə münasibətləri yeni inkişaf mərhələsinə yüksəldir: Ölkəmiz dünyanın hazırkı xaotik vəziyyətində öz strateji mövqeyinin bəxş etdiyi üstünlüklərdən faydalanaraq, qlobal geosiyasi kəsişmə nöqtəsi olaraq, qlobal Cənubla qlobal Şimal, eyni zamanda Şərqlə Qərb arasında etibarlı körpü və tərəfdaş mövqeyini gücləndirir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri