Icma.az
close
up
RU
Netanyahunun səfəri: Siyasi dialoq daha yüksək səviyyəyə qalxır

Netanyahunun səfəri: Siyasi dialoq daha yüksək səviyyəyə qalxır

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, səfər barədə ilkin məlumat İsrailin nüfuzlu "Israel Hayom" nəşrində dərc olunub. Hələlik səfərin dəqiq tarixi açıqlanmasa da, bu səfərin həm ikitərəfli münasibətlər, həm də regional dinamika baxımından mühüm əhəmiyyət daşıdığı artıq indidən bəlli olur.

Azərbaycanla İsrail arasında diplomatik münasibətlər 1992-ci ildən qurulub və ötən onilliklər ərzində bu əlaqələr getdikcə dərinləşib. Xüsusilə enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və texnologiya sahələrində əməkdaşlıq strateji xarakter daşıyır. Azərbaycanın İsrailə neft ixrac etməsi və İsrailin Azərbaycana yüksək texnologiyalı hərbi avadanlıq satması bu münasibətlərin əsas dayaqlarından biridir.

Bu səfər ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivlərini formalaşdırmaq baxımından yeni mərhələnin başlanğıcı ola bilər. Eyni zamanda, səfərin bölgədəki geosiyasi gərginliklərin fonunda baş tutması da diqqətdən yayınmır. Azərbaycanın müsəlman ölkəsi olaraq İsrail ilə açıq və dostcasına münasibətləri İslam aləmində nadir nümunələrdən biridir. Bu, Bakı ilə Təl-Əviv arasındakı əlaqələri daha da strateji edən əsas amillərdəndir. Xüsusilə ərəb dünyasında İsrailə qarşı mövcud skeptisizmin fonunda Azərbaycanın İsraillə əməkdaşlığı, həm rəsmi Tel-Əviv, həm də Qərb dairələri tərəfindən müsbət qarşılanır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Azərbaycan və İsrail arasında uzun müddətdir sıx münasibətlər mövcuddur. Bu əməkdaşlıq bir çox sahələri əhatə edir və strateji əhəmiyyət daşıyır. İki ölkə arasında bu cür yaxın əlaqələr, xüsusilə də İslam dünyası və ərəb aləmi kontekstində İsrail üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu münasibətlərdə tutduğu mövqe İsrailin regional və beynəlxalq nüfuzu baxımından da önəmlidir. Zaman-zaman qarşılıqlı səfərlər, rəsmi görüşlər və sənədlərin imzalanması bu əməkdaşlığın güclənməsinə xidmət edir. Bu səfərlər həm də tərəflərin dəyişən qlobal və regional şərtlərə uyğun siyasət formalaşdırmasına imkan verir. Əgər bu səfər baş tutarsa, bu da münasibətlərin inkişafı baxımından əlamətdar hadisələrdən biri olacaq və siyasi dialoqun daha yüksək səviyyəyə qalxmasına zəmin yaradacaq:

"Hazırda iki ölkə arasında kənd təsərrüfatı, texnologiya, elm, təhsil və səhiyyə kimi sahələrdə əməkdaşlıq mövcuddur. Bu sahələr üzrə layihələrin davam etdirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi gözlənilir. Xüsusilə İsrailin yüksək texnologiyalı suvarma və kənd təsərrüfatı sistemləri, Azərbaycanın aqrar potensialı ilə sintez olunaraq kənd təsərrüfatında ciddi modernləşməyə səbəb ola bilər. Təhsil və elm sahəsində isə birgə araşdırma mərkəzlərinin yaradılması, universitetlər arasında əməkdaşlıq və mübadilə proqramları əlaqələrin dərinləşməsinə səbəb ola bilər. Səhiyyə sahəsində isə İsrailin qabaqcıl tibbi texnologiyaları və startap bazarı Azərbaycanın səhiyyə sistemində yeniliklərin tətbiqinə dəstək verə bilər. Eyni zamanda, bu səfər çərçivəsində geosiyasi məsələlər də gündəmə gələ bilər. Azərbaycan, İsrailin digər ölkələrlə, xüsusilə də Mərkəzi Asiya və türk dövlətləri ilə münasibətlərində körpü rolunu oynaya, regionda dialoqu təşviq edə bilər. Azərbaycan həmçinin, İsrailin İranla münasibətlər kontekstində strateji əhəmiyyət daşıyan tərəfdaşlarından biri kimi çıxış edir. Bu baxımdan, Bakı-Təl-Əviv xəttində təhlükəsizlik və regional sabitliklə bağlı məsələlər də gündəlikdə ola bilər".

Mübariz Göyüşlü: Bakı-Təl-Əviv xəttində təhlükəsizlik və regional sabitliklə bağlı məsələlər də gündəlikdə ola bilər

Onun sözlərinə görə, İsrail isə Azərbaycanın Qərbdə, xüsusilə ABŞ-də lobbiçilik fəaliyyətlərinin genişlənməsində mühüm rol oynaya bilər. Vaşinqton və digər qərb mərkəzlərində İsrailin nüfuz dairəsi Azərbaycanın maraqlarının tanıdılması və müdafiə olunması baxımından faydalı ola bilər. Bu əməkdaşlıq, həmçinin enerji təhlükəsizliyi, alternativ marşrutların qurulması və beynəlxalq iqtisadi layihələrdə ortaq maraqların qorunmasına xidmət edə bilər. Bütün bu məsələlər nəzərə alındıqda, qarşıdakı səfər təkcə iki ölkə arasında diplomatik münasibətlərin davamı deyil, həm də yeni regional və qlobal təşəbbüslərin formalaşmasına zəmin yarada biləcək əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Aprel 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri