Icma.az
close
up
RU
Netanyahunun səfərinin təxirə salma səbəblərinə Putin və Ərdoğan amili daha güclü təsir edib

Netanyahunun səfərinin təxirə salma səbəblərinə Putin və Ərdoğan amili daha güclü təsir edib

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-11 tarixlərində planlaşdırılan Azərbaycana səfərinin təxirə salınması, İsrail hökümətinin rəsmi məlumatında göstərdiyi Qəzza zolağında və Suriyada baş verən hadisələr, həmçinin sıx siyasi və təhlükəsizlik gündəliyi ilə əlaqəli deyil. Vəziyyət daha mürəkkəbdir.
Zənnimcə, Netanyahunun səfərinin təxirə salınmasının Rusiya ilə də balığı ola bilər. Əvvəla xatırladım ki, martın 15-də Rusiya prezidenti Vladimir Putinin, Belarusiya prezidenti Lukaşenko, Tacikistan prezidenti İmaməli Rəhmon ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyevə zəng edib, faşizm üzərində qələbənin 80 illik yubileynə həsr olunmuş 9 May paradında iştirak etmək üçün dəvət etmişdi. Ancaq, Netanyahunun həmin tarixdə Azərbaycanda rəsmi səfərdə olması ilə Azərbaycan prezidenti İlham Əliyevin paradda iştirakı arxa plana keçirdi. Hərçənd ki, Azərbaycan prezidenti İlham Əliyevin Moskvadakı paradda iştirak edəcəyi barədə məlumat da yoxdur. Vladimir Putinin üçün bu yubiley paradında Azərbaycan prezidenti İlham Əliyevin iştirakı siyasi-psixaloji baxımdan olduqca vacibdir. Yeri gəkmişkən, faşizm üzərində qələbə təkcə Rusiyanın deyil, bütün sovet xalqlarının, respublikaların qələbəsidir və Rusiyanın da faşizm üzərində ümumi qələbəmizi mənimsəmək istəyi elə qələbənin ilk saatlarından bəllidir və cəhdlər 80 ildir ki, davam edir.
Nəzərə alaq ki, İsrail bir müddət əvvəl Rusiyanın Suriyada hərbi mövcudluğunun davam etdirməsini və Suriyanın Rusiya da daxil üç maraq zonasına bölünməsi təklifini edib - onda mənzərə tam aydın olur. Əslində, İsrail Rusiyaya xidmət etmir, ancaq Rusiyanın Suriyada mövcudluğunun davamı ilə Rusiya və İsrail maraqları üst-üstə düşür. Əgər, Rusiya Suriyada mövcudluğunu davam etdirə bilərsə, bu fakt müəyyən mənada Türkiyə üçün maneəyə çevrilir həm də, İsrail vahid və güclü Suriya hökümətinin qurulmasına əngəl imkanı qazanır. Türkiyənin regionda güclənməsi həm İsrail və həm də Rusiyanın maraqlarına ziddir. Bu məsələdə İran da İsrail və Rusiya ilə həmfikirdir. Yaxın Şərqdəki və eləcə də Qəzzada, Həmasla bağlı vəziyyət Rusiya İsrail arasında sövdələşməni mümkün edir. Bu halda, Putinin 9 May Qələbə paradı ilə bağlı istəklərini Netanyahu nəzərə ala bilər.
Netanyahununun Bakı səfərinin təxiri səbəblərdən, onun Türkiyə prezidenti Ərdoğan ilə danışıqların nəticəsindən çəkinməsi də ola bilər. Son məlumatlara görə, rəsmi Ankara Netanyahunun təyyarəsinin Türkiyə hava məkanından istifadəsinə icazə də verməyib.
İran prezidenti Masud Pezeşkianın Azərbaycana səfərindən ehtimal edilən əldə edilmiş razılaşmalar da Netanyahunun qərarına təsir ehtimalı var.
Görünür ki, Netanyahunun Bakı səfərinin təxirə salma səbəblərinə Putin və Ərdoğan amili daha güclü təsir edib.
Ancaq, Türkiyə prezidenti Ərdoğanın Bakı səfəri 9 Mayı əhatə edən tarixlərdə baş tutarsa, demək Azərbaycan və Türkiyə bütün gedişlərlə hazır olduğunu bir daha nümayiş etdirəcək. Əlbəttə ki, Azərbaycanın beynəlxalq nüfuzunun artması, qlobal proseslərdə fəal iştirakı prezident İlham Əliyevin Çinə səfərindən sonra daha qabarıq forma alıb. Bu nəticəni hələ də qəbul etməyən qüvvələr çoxdur.
Vüqar Dadaşov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 May 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri