Netanyahuya xərçəng diaqnozu qoyuldu Onu bu şəxs əvəzləyəcək
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin baş naziri Benyamin Netanyahu sidik yolu infeksiyası səbəbilə əməliyyat olunacaq.
Publika.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, xəstəxanaya yerləşdirilən Netanyahu bu gün prostat vəzindən əməliyyat olunacaq.
Həkim tərəfindən müayinə olunduğu bildirilən Netanyahuya prostat xərçəngi diaqnozu qoyulub.
Netanyahunun vəkili Amit Hadadın sözlərinə görə, baş nazir əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacaq.
Hadad Tel-Əviv Rayon Məhkəməsindən Netanyahu ilə bağlı korrupsiya işində bu həftə alınması planlaşdırılan ifadəsinin ləğvini istəyib.
Məhkəmə vəsatəti qəbul etdiyini və dinləmələrin yanvarın 6-da yenidən başlamasının gözlənildiyini açıqlayıb.
İsrailin ədliyyə naziri Yariv Levin Netanyahunun yerinə müvəqqəti baş nazir, İsrailin müdafiə naziri İsrael Katz isə siyasi təhlükəsizlik kabinetinin rəhbəri vəzifəsini icra edəcək.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 30 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















