Icma.az
close
up
RU
“Netfliks”də işğalı arzulanan Azərbaycan əraziləri Qarabağ deyilmiş…

“Netfliks”də işğalı arzulanan Azərbaycan əraziləri Qarabağ deyilmiş…

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır?

Revanşizmin Hollivud versiyası

Dünən təqdim etdiyimiz “Amerikadakı erməni mafiyası Qarabağı geri istəyir?” yazısı gözlənildiyindən daha böyük rezonans doğurdu. Oxucuların reaksiyası və müzakirələrin istiqaməti göstərdi ki, məsələ təkcə bir serial səhnəsi ilə məhdudlaşmır, daha geniş və sistemli yanaşmanın tərkib hissəsidir. Səslənən fikirlər, xüsusilə diaspor mühitində formalaşan narrativlər və onların mədəni platformalarda təzahürü əlavə suallar doğurdu. Məhz bu səbəbdən mövzunu daha dərindən araşdırmaq zərurəti yarandı. Təqdim olunan bu yazı da həmin ehtiyacdan irəli gəlir.

Bir daha qeyd edək: ABŞ-da fəaliyyət göstərən erməni mafiyasının təsvir olunduğu səhnədə mafiya başçısı qızının toy məclisində çıxış edərkən açıq şəkildə belə deyir:

“I am proud to announce that I will be sending my son Tarik to join the Armenian military, to help reclaim our land from Azerbaijan. I am sure he will make us all proud.”

Tərcüməsi isə aydındır: oğlunu Ermənistan ordusuna göndərəcəyini və Azərbaycanın əlində olan torpaqları “geri almağa” kömək edəcəyini bildirir.

Maraqlıdır ki, Tarik atasının bu bəyanatından heyrətlənir. Sanki özü belə bir qərardan xəbərsizdir və bu çıxış onun üçün də gözlənilməz olur.

Üstəlik, serialda Arman Morales obrazının cinayət yolu ilə qazandığı pulları Ermənistan ordusuna yönəltməsi kimi xətt də təqdim olunur. Bu isə narrativi daha da sərtləşdirir. Başqa sözlə, kriminal fəaliyyət nəticəsində əldə olunan vəsaitlərin hərbi məqsədlərə yönəldilməsi ideyası açıq şəkildə romantikləşdirilir.

“The Cleaning Lady” — Miranda Kvok tərəfindən hazırlanmış və 2017-ci ildə Argentinanın “La chica que limpia” serialı əsasında çəkilmiş Amerika kriminal dramıdır. Serialın premyerası 3 yanvar 2022-ci ildə Fox kanalında baş tutub. Bu dövr regionda hərbi-siyasi reallıqların dəyişdiyi mərhələyə təsadüf edirdi. Bu kontekstdə serialda səslənən mesajların təsadüfi olmadığı qənaəti güclənir. O vaxt keçmiş Dağlıq Qarabağın ətrafındakı beş rayon Azərbaycan Ordusunun əməliyyatları nəticəsində geri qaytarılmışdı. Belə çıxır ki, bu filmdə söhbət həmin beş rayondan gedir. Çünki o vaxt ermənilər hələ Qarabağda yaşayırdı.

Aydındır ki, “The Cleaning Lady” serialındakı səhnə təsadüfi deyil. Bu, illərlə formalaşmış ideoloji və emosional xəttin ekrandakı əksidir. Kino burada sadəcə əyləncə vasitəsi deyil. O, yaddaşı formalaşdırır, mövqeləri möhkəmləndirir və bəzən reallıqdan daha güclü təsir göstərir. Özü də bu xətti təkcə “The Cleaning Lady”də yox, digər filmlərdə də görmək mümkündür.

Məsələn, “Gates of Heaven”də (2016) Qarabağ ermənilərin “müdafiə etdiyi torpaq” kimi təqdim olunur, “The Last Inhabitant”də (2016) ermənilərin faciəsi ön plana çıxarılır, “Spitak” (2018) filmində zəlzələ fonunda milli travma ilə yanaşı siyasi yaddaş da gücləndirilir, “Songs of Solomon”da (2020) tarixi və dini motivlər üzərindən milli kimlik və iddia narrativi qurulur. Bu filmlərdə açıq şəkildə siyasi şüar səslənməsə də, ümumi fon dəyişmir: Qarabağ erməni yaddaşına “öz torpağı” kimi təqdim olunur.

Kino həm də düşüncə formalaşdırır. Xüsusilə münaqişə bölgələrində kino çox vaxt siyasi və ideoloji funksiyanı da öz üzərinə götürür.

Erməni kino mühitində Qarabağ mövzusu uzun illərdir müəyyən çərçivədən yaddaşlara ötürülür: Qarabağ “itirilmiş vətən”, “ədalətsiz müharibə”, “geri qaytarılmalı torpaqlar” kimi tamaşaçıya təqdim olunur.

Bu narrativlər təsadüfi deyil. Onlar milli kimliyin və siyasi baxışların formalaşdırılmasında istifadə olunur.

Bu ideoloji xəttin əsas daşıyıcısı isə diaspor mühitidir.

Erməni İnqilabi Federasiyası — Daşnaksütyun kimi tanınan siyasi xətt uzun illərdir Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını, “geri almaq” ideyasını, milli travma üzərindən siyasət qurmağı təbliğ edir.

Həmçinin oxuyun:

İlham Əliyev sessiya iştirakçılarına müraciət etdi

Diaspor bu ideologiyanı media vasitəsilə, mədəni layihələrlə, kino və seriallarla qoruyur və yayır.

Problem ondadır ki, bu ideologiya reallıqla toqquşur. Bu gün Ermənistanın rəsmi hakimiyyəti, baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Qarabağ məsələsinin bağlandığını qəbul edir, Azərbaycanla sülhə çalışır və yeni müharibənin qarşısını almağa yönəlmiş siyasət aparır. Türkiyə ilə sərhədlərin açılması istiqamətində davamlı iş görür. Yəni Ermənistan dövləti artıq revanşizmdən imtina edir. Amma diaspor hələ də keçmişlə yaşayır.

Tarix göstərir ki, münaqişələr çox vaxt silahla yox, əvvəlcə ideologiya ilə başlayır. Əgər kino, media və mədəniyyət revanşist düşüncəni normallaşdırırsa, “geri almaq” ideyasını romantikləşdirirsə, bu, gələcək üçün təhlükəli zəmin yaradır.

Reallıq dəyişib.

Sərhədlər dəyişib.

Siyasi xətt dəyişib.

Amma bəzi dairələrdə düşüncə dəyişməyib. Və problem də məhz bundadır.

Eyni xətt Türkiyədən “tarixi torpaqların geri alınması”, Ağrı dağı — Ararat simvolunun siyasi anlamda təqdim olunması və “Böyük Ermənistan” ideyasının mədəni formada yaşadılması kimi məsələlərdə də özünü aydın şəkildə göstərir. Digər əsas xətt isə 1915 hadisələrinin təqdimatı ilə bağlıdır. Bu mövzuda çəkilən filmlərdə hadisələr tək tərəfli təqdim olunur, siyasi kontekst arxa plana keçir, emosional təsir ön plana çıxarılır. Bu filmlər yalnız tarix danışmır, onlar müasir siyasi mövqe formalaşdırır.

Burada bir reallıq da var: bu tip layihələr üçün maliyyə tapmaq, tutaq ki, 5-10 milyon ortaya qoymaq erməni diasporu üçün heç vaxt problem olmayıb. ABŞ-da güclü diaspor şəbəkəsi, mədəni fondlar və geniş lobbi imkanları bu kimi narrativlərin kino və media vasitəsilə davamlı şəkildə gündəmdə saxlanmasına şərait yaradır.

Ortada iki fərqli dünya var: rəsmi İrəvan praqmatik siyasət yürüdür, diaspora isə emosional və revanşist yanaşma sərgiləyir.

Bu proseslərin fonunda Ermənistanı yaxın perspektivdə daha bir ciddi sınaq gözləyir — mümkün seçkilər.

Bu seçkilər sadəcə hakimiyyət uğrunda mübarizə olmayacaq. Bu, faktiki olaraq iki fərqli yolun qarşıdurması kimi tarixə keçəcək: bir tərəfdə reallığı qəbul edən, sülhə yönələn xətt, digər tərəfdə isə keçmiş iddialarla yaşayan revanşist düşüncə.

Sual isə çox sadədir, amma cavabı region üçün həyati əhəmiyyət daşıyır: Ermənistan hansı yolu seçəcək? Əgər praqmatik xətt qalib gələrsə, regionda sabitlik şansı artacaq, münaqişə səhifəsi bağlanacaq. Əgər revanşist qüvvələr güclənərsə, kino və diaspor mühitində səslənən şüarlar real siyasətə çevrilə bilər.

Məhz buna görə Ermənistan daxilində hansı xəttin qalib gələcəyi təkcə bu ölkə üçün yox, bütün region üçün son dərəcə önəmlidir.

Elbəyi Həsənli

Bakı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2026 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri