Icma.az
close
up
RU
“Netflix”in Vinisiusla bağlı filmi qalmaqal doğurdu

“Netflix”in Vinisiusla bağlı filmi qalmaqal doğurdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Real”ın braziliyalı hücumçusu Vinisius, yəqin ki, hazırda dünyanın ən qalmaqalçı futbolçularından biridi. Bu üzdən onunla bağlı sənədli filmin ekranlarka çıxması sakit qarşılana bilməzdi. Bu işi dövürümüzün ən təzadlı striminq xidmətlərindən sayılan “Netflix”in gördüyünü nəzərə alsaq, qalmaqal mühiti hazır idi! Bəs nəticədə nə alındı?
“Netflix” apreldə 2 dəqiqəlik treyler yaymaqla “Rəqs et, Vini!” filmini anons etmişdi. Bu layihə ilə bağlı səhifədə bioqrafik sənədli filmlər üçün xarakterik olan ifadələr yer almışdı:

“Kiçik Vininin hər şeyi var: istedad, dözüm, cəsarət. Dünya futbolunun ulduzuna çevrilmək yolundakı rəqslərini izləyin”.


Braziliyalı futbolçunun etirafında görə, sənədli filmlə bağlı ideya əvvəlcə onu bir o qədər cəlb etməyib. Ancaq sonradan belə düşünüb ki, bu dünya ilə nəyisə bölüşə bilər. Uzun-uzadı münəccimliyə ehtiyac yoxdu, əlbəttə, söhbət irqçilik problemindən gedir. Vinisius filmin ekrana çıxması ərəfəsində sosial şəbəkə hesabında belə yazmışdı: “24 yaşda sənədli film – qəribə səslənir, eləmi? Karyeram hələ bitməyib, bu üzdən indi bioqrafiyanın əhəməiyyəti yoxdu. Ancaq düşünəndən sonra gördüm ki, artıq nəyisə danışmağımın vaxtıdı. Qoy bu danışdıqlarım başqalarını ruhlandırsın. Gülüş mənim şəxsiyyətimdi. Bu gün uşaq faciələrindən zarafatla bəhs edirəm. Hərçənd bu, asan deyildi. Futbolsuz mənim həyatım necə olardı fikri belə göz yaşımın axmasına səbəb olur. Bu imkanı yaradan hər kəs sağ olsun”.
Sənədli film ilk dəfə mayın 15-də ekranlarda görünüb. Ekran əsəri braziliyalının mürəkkəb həyat yoluna həsr olunub – karyeranın əvvəlindən tutmuş Madridlə çətinliklə uyğunlaşana və karyera yüksəlişinə qədər. “Real” fanatları və şəxsən Vinisius üçün yaxşı kontentdi.
Filmlə bağlı ilk tamaşaçı reaksiyaları yetərincə müsbət olub. Adamları yalnız bir məqam – sənədli filmin nə dərəcədə zəruri olması düşündürür. Məsələn, tamaşaçılardan biri belə yazır: “Düzünü desəm, belə gənc, həyatının ən məhsuldar dönəmini yaşayan adamlarla bağlı sənədli filmlər məni heç vaxt maraqlandırmayıb”.
Fanatlar ümumilikdə filmi yüksək dəyərləndirir. Adamların xoşuna gələn ən əsas cəhət futbolçunun həyatının ətraflı şəkildə çatdırılmasıdı. Bir başqa tamaşaçı belə yazır:

“Çox yaxşı fikirdi. Vininin buralara qədər hardan gəldiyi, ilk illərdə necə yaşadığı, necə məşq etdiyi və oynadığı haqda təsəvvür yaradır”.


Ancaq tam fərqli reaksiyalar da var. Vinisius yetərincə qalmaqalçı oğlandı, onun irqçiliklə bağlı fəal mövqeyi bəzən bezdirici və qıcıqlandırıcı olur. Bundan başqa, braziliyalı açıq-aşkar mürəkkəb xarakterə malikdi, bu da onun tez-tez tənqid olunmasına və hətta aşağılanmasına gətirib çıxarır. Viniyə nifrət edənlərin sayı çoxdu, özü də demək olmaz ki, bu ordu heç nədən yaranıb. Bu üzdən filmlərin reytinqini müəyyənləşdirən portalların birində üzə çıxan nəticə ekran əsərinin yaradıcıları üçün heç də olmadı – 10 mümkün baldan cəmi 2,2.
Başqa bir populyar saytda – “Rotten Tomatoes”da reytinq, ümumiyyətlə, gizlədilib. Ancaq orda da xoş fikirlər yoxdu.
Odu ki, məhz Viniyə nifrət edənlərin filmin reytinqini aşağı saldığını demək çətindi. Təkcə futbolçunu yox, filmin özünü də tənqid edirlər. Filmə “səthi”, “ucuz”, “uğursuz məktəb layihəsi” və “tarixin ən pis idman sənədli filmi” deyənlər var.
Tamaşaçılardan biri lap “dibə vurub”:

“Bu layihənin önündə kimin “yaşıl işıq yandırdığını” bilmirəm, ancaq onların dünyadan üzr istəməsi lazımdı. Bu şou sənədli kinonu necə yaratmamalı mövzusunda ustad dərsidi. Əvvəldən axıra qədər yöndəmsiz ifaların, titrəməyə səbəb olan dialoqların və şokedici qərəzli səhnələrin yığınıdı”.


Nə filmin yaradıcıları, nə də Vinisius hələ ki, ictimaiyyətin reaksiyasına münasibət bildirməyib. Amma braziliyalının fanatlarının artıq cavabı var: “Belə görünür ki, film irqçiləri bombalayıb”.
İcimai tənqid artıq Vinisius üçün adi hal, vərdiş xarakteri alsa da, filmin nümayiş olunması “Real”ın hücumçusu və “Netflix” şirkəti üçün daha ciddi problemlər yarada bilər. İş ondadı ki, “Rəqs et, Vini!” filminin ssenari müəllifləri braziliyalının karyerasındakı ən dramatik epizodların birindən – “Valensiya” ilə 2023-cü ilin yazında keçirilən oyundan kənarda qala bilməyib. Bu tarixçə artıq hər kəsə bəllidi – onda “Mestalya”da oyunu izləyən bəzi yerli fanatlar Vinisiusu iqrçilik zəminindən təhqir etmiş, sonradan hətta həbsxanaya düşən də olmuşdu.
Təbii ki, bu hadisə filmə düşüb. Səhnələrin birində “Valensiya” fanatlarının qışqırığını (çox güman, “Mono” qışqırıblar) montajçılar bu titrlə müşahidə edib: “Meymun, meymun”. Bu məqam “yarasalar”ı özündən çıxarıb – klubda belə hesab edirlər ki, azarkeşlər həmin anda “Tonto” (“yaramaz”) qışqırıb.
“Mundo Deportivo”nun yazdığına görə, “Valensiya” hətta məhkəməyə müraciət etmək fikrindədi. “Yarasalar” belə hesab edir ki, filmin yaradıcıları bir neçə günahını boynuna alan azarkeşə görə bütün kluba ləkə atırlar. Komandanın baş məşqçisi Karlos Korberan da bu məsələyə münasibət bildirib:

“Vinisius haqqındakı sənədli filmə baxmamışam. Ancaq klubun məhkəmədə iddia qaldırmaq niyyətindən xəbərdaram. “Valensiya” azarkeşlərini yaxşı tanıyıram, onların necə hörmətcil olduğunu bilirəm. Mənə Vinisiusla bağlı filmə baxmaq lazım deyil. Fanat bazamız İspaniyada ən yaxşılardandı. Onların başqalarına necə hörmətli yanaşdığını bilmək üçün mənə başqalarının fikri lazım deyil”.


Bir sözlə, Vinisius hardadısa, qalmaqal da ordadı. Görünür, braziliyalı ulduz artıq bu məsələdə özünün də günah payı haqda düşünməlidi.
Yeri gəlmişkən... 2022-ci ildə Vinisiusa münasibətdə irqçilik edən, onun ünvanına təhqirlər səsləndirən "Valyadolid"in 5 azarkeşi ilə bağlı məhkəmə hökm çıxarıb. Vinisiusa qarşı irqçilik edən azarkeşlərlə bağlı 1 il müddətinə şərti həbs cəzası təyin olunub. Günahlandırılan şəxslərin 3 il müddətində rəsmi yarışların keçirildiyi stadionlara getməsinə qadağa qoyulub. Həmçinin onlar 2022-ci ilin dekabrında keçirilən oyunda baş verən insidentə görə cərimələniblər. Bundan əlavə, onlar 4 il müddətində təhsil, idman və ya istirahət sahələrində peşəkar fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Xatırladaq ki, 2022/23 mövsümündə İspaniya çempionatının 15-ci turunda "Valyadolid"lə matçın 88-ci dəqiqəsində əvəzlənərək ehtiyat oyunçular skamyasına tərəf gedərkən rəqib azarkeşlər Vinisiusun ünvanına irqçi təhqirlər səsləndirmişdi.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 May 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri