Icma.az
close
up
RU
“Netflix”in Vinisiusla bağlı filmi qalmaqal doğurdu

“Netflix”in Vinisiusla bağlı filmi qalmaqal doğurdu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Real”ın braziliyalı hücumçusu Vinisius, yəqin ki, hazırda dünyanın ən qalmaqalçı futbolçularından biridi. Bu üzdən onunla bağlı sənədli filmin ekranlarka çıxması sakit qarşılana bilməzdi.

"Football-plus.az" xəbər verir ki, bu işi dövürümüzün ən təzadlı striminq xidmətlərindən sayılan “Netflix”in gördüyünü nəzərə alsaq, qalmaqal mühiti hazır idi! Bəs nəticədə nə alındı?
“Netflix” apreldə 2 dəqiqəlik treyler yaymaqla “Rəqs et, Vini!” filmini anons etmişdi. Bu layihə ilə bağlı səhifədə bioqrafik sənədli filmlər üçün xarakterik olan ifadələr yer almışdı:

“Kiçik Vininin hər şeyi var: istedad, dözüm, cəsarət. Dünya futbolunun ulduzuna çevrilmək yolundakı rəqslərini izləyin”.

Braziliyalı futbolçunun etirafında görə, sənədli filmlə bağlı ideya əvvəlcə onu bir o qədər cəlb etməyib. Ancaq sonradan belə düşünüb ki, bu dünya ilə nəyisə bölüşə bilər. Uzun-uzadı münəccimliyə ehtiyac yoxdu, əlbəttə, söhbət irqçilik problemindən gedir. Vinisius filmin ekrana çıxması ərəfəsində sosial şəbəkə hesabında belə yazmışdı:

“24 yaşda sənədli film – qəribə səslənir, eləmi? Karyeram hələ bitməyib, bu üzdən indi bioqrafiyanın əhəməiyyəti yoxdu. Ancaq düşünəndən sonra gördüm ki, artıq nəyisə danışmağımın vaxtıdı. Qoy bu danışdıqlarım başqalarını ruhlandırsın. Gülüş mənim şəxsiyyətimdi. Bu gün uşaq faciələrindən zarafatla bəhs edirəm. Hərçənd bu, asan deyildi. Futbolsuz mənim həyatım necə olardı fikri belə göz yaşımın axmasına səbəb olur. Bu imkanı yaradan hər kəs sağ olsun”.


Sənədli film ilk dəfə mayın 15-də ekranlarda görünüb. Ekran əsəri braziliyalının mürəkkəb həyat yoluna həsr olunub – karyeranın əvvəlindən tutmuş Madridlə çətinliklə uyğunlaşana və karyera yüksəlişinə qədər. “Real” fanatları və şəxsən Vinisius üçün yaxşı kontentdi.
Filmlə bağlı ilk tamaşaçı reaksiyaları yetərincə müsbət olub. Adamları yalnız bir məqam – sənədli filmin nə dərəcədə zəruri olması düşündürür. Məsələn, tamaşaçılardan biri belə yazır:

“Düzünü desəm, belə gənc, həyatının ən məhsuldar dönəmini yaşayan adamlarla bağlı sənədli filmlər məni heç vaxt maraqlandırmayıb”.


Fanatlar ümumilikdə filmi yüksək dəyərləndirir. Adamların xoşuna gələn ən əsas cəhət futbolçunun həyatının ətraflı şəkildə çatdırılmasıdı. Bir başqa tamaşaçı belə yazır:

“Çox yaxşı fikirdi. Vininin buralara qədər hardan gəldiyi, ilk illərdə necə yaşadığı, necə məşq etdiyi və oynadığı haqda təsəvvür yaradır”.


Ancaq tam fərqli reaksiyalar da var. Vinisius yetərincə qalmaqalçı oğlandı, onun irqçiliklə bağlı fəal mövqeyi bəzən bezdirici və qıcıqlandırıcı olur. Bundan başqa, braziliyalı açıq-aşkar mürəkkəb xarakterə malikdi, bu da onun tez-tez tənqid olunmasına və hətta aşağılanmasına gətirib çıxarır. Viniyə nifrət edənlərin sayı çoxdu, özü də demək olmaz ki, bu ordu heç nədən yaranıb. Bu üzdən filmlərin reytinqini müəyyənləşdirən portalların birində üzə çıxan nəticə ekran əsərinin yaradıcıları üçün heç də olmadı – 10 mümkün baldan cəmi 2,2.
Başqa bir populyar saytda – “Rotten Tomatoes”da reytinq, ümumiyyətlə, gizlədilib. Ancaq orda da xoş fikirlər yoxdu.
Odu ki, məhz Viniyə nifrət edənlərin filmin reytinqini aşağı saldığını demək çətindi. Təkcə futbolçunu yox, filmin özünü də tənqid edirlər. Filmə “səthi”, “ucuz”, “uğursuz məktəb layihəsi” və “tarixin ən pis idman sənədli filmi” deyənlər var.
Tamaşaçılardan biri lap “dibə vurub”:

“Bu layihənin önündə kimin “yaşıl işıq yandırdığını” bilmirəm, ancaq onların dünyadan üzr istəməsi lazımdı. Bu şou sənədli kinonu necə yaratmamalı mövzusunda ustad dərsidi. Əvvəldən axıra qədər yöndəmsiz ifaların, titrəməyə səbəb olan dialoqların və şokedici qərəzli səhnələrin yığınıdı”.


Nə filmin yaradıcıları, nə də Vinisius hələ ki, ictimaiyyətin reaksiyasına münasibət bildirməyib. Amma braziliyalının fanatlarının artıq cavabı var:

“Belə görünür ki, film irqçiləri bombalayıb”.


İcimai tənqid artıq Vinisius üçün adi hal, vərdiş xarakteri alsa da, filmin nümayiş olunması “Real”ın hücumçusu və “Netflix” şirkəti üçün daha ciddi problemlər yarada bilər. İş ondadı ki, “Rəqs et, Vini!” filminin ssenari müəllifləri braziliyalının karyerasındakı ən dramatik epizodların birindən – “Valensiya” ilə 2023-cü ilin yazında keçirilən oyundan kənarda qala bilməyib. Bu tarixçə artıq hər kəsə bəllidi – onda “Mestalya”da oyunu izləyən bəzi yerli fanatlar Vinisiusu iqrçilik zəminindən təhqir etmiş, sonradan hətta həbsxanaya düşən də olmuşdu.
Təbii ki, bu hadisə filmə düşüb. Səhnələrin birində “Valensiya” fanatlarının qışqırığını (çox güman, “Mono” qışqırıblar) montajçılar bu titrlə müşahidə edib: “Meymun, meymun”. Bu məqam “yarasalar”ı özündən çıxarıb – klubda belə hesab edirlər ki, azarkeşlər həmin anda “Tonto” (“yaramaz”) qışqırıb.
“Mundo Deportivo”nun yazdığına görə, “Valensiya” hətta məhkəməyə müraciət etmək fikrindədi. “Yarasalar” belə hesab edir ki, filmin yaradıcıları bir neçə günahını boynuna alan azarkeşə görə bütün kluba ləkə atırlar. Komandanın baş məşqçisi Karlos Korberan da bu məsələyə münasibət bildirib:

“Vinisius haqqındakı sənədli filmə baxmamışam. Ancaq klubun məhkəmədə iddia qaldırmaq niyyətindən xəbərdaram. “Valensiya” azarkeşlərini yaxşı tanıyıram, onların necə hörmətcil olduğunu bilirəm. Mənə Vinisiusla bağlı filmə baxmaq lazım deyil. Fanat bazamız İspaniyada ən yaxşılardandı. Onların başqalarına necə hörmətli yanaşdığını bilmək üçün mənə başqalarının fikri lazım deyil”.


Bir sözlə, Vinisius hardadısa, qalmaqal da ordadı. Görünür, braziliyalı ulduz artıq bu məsələdə özünün də günah payı haqda düşünməlidi.
Yeri gəlmişkən...
2022-ci ildə Vinisiusa münasibətdə irqçilik edən, onun ünvanına təhqirlər səsləndirən "Valyadolid"in 5 azarkeşi ilə bağlı məhkəmə hökm çıxarıb. Vinisiusa qarşı irqçilik edən azarkeşlərlə bağlı 1 il müddətinə şərti həbs cəzası təyin olunub. Günahlandırılan şəxslərin 3 il müddətində rəsmi yarışların keçirildiyi stadionlara getməsinə qadağa qoyulub. Həmçinin onlar 2022-ci ilin dekabrında keçirilən oyunda baş verən insidentə görə cərimələniblər. Bundan əlavə, onlar 4 il müddətində təhsil, idman və ya istirahət sahələrində peşəkar fəaliyyətlə məşğul ola bilməyəcəklər.
Xatırladaq ki, 2022/23 mövsümündə İspaniya çempionatının 15-ci turunda "Valyadolid"lə matçın 88-ci dəqiqəsində əvəzlənərək ehtiyat oyunçular skamyasına tərəf gedərkən rəqib azarkeşlər Vinisiusun ünvanına irqçi təhqirlər səsləndirmişdi.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri