Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Nəticə verməyən antiAzərbaycan kampaniyası, havaya sovrulan milyonlar və ölkəmizin diktə etdiyi reallıqlar COP29 uğurla davam edir KONKRET

Nəticə verməyən antiAzərbaycan kampaniyası, havaya sovrulan milyonlar və ölkəmizin diktə etdiyi reallıqlar COP29 uğurla davam edir KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Cənubi Qafqazda baş verənlər, hadisələrin mərkəzində dayanan Azərbaycanın reallıqları diktə etməsi Qərb dövlətlərinin ürəyincə deyil. 30 il ərzində Azərbaycanı işğalla barışmağa çalışan Qərb regionda güclü Azərbaycanı qəbul etmir və bütün platformalarda Azərbaycan əleyhinə təbliğat aparılır. Ermənistanı birmənalı dəstəkləyənlər Azərbaycanın uğurlarını həzm edə bilmir. Ona görə də ölkəmizin siyasi imicinə zərbə vurmaq üçün əllərindən gələni edirlər. Avropa İttifaqından tutmuş, ABŞ Konqrensinə qədər bütün siyasi təşkilatlarda anti-Azərbaycan təbliğatı aparılır və ölkəmiz “etnik təmizləmədə” ittiham olunur.

COP29 ərəfəsi Qərbin başladığı anti-Azərbaycan kampaniyası geniş vüsət alanda bunun arxasında kimlərin dayandığı hər kəsə aydın idi. Qərbin nüvuzlu təşkilatlarına təsir etməyi bacaran erməni lobbisi Azərbaycanda keçirilən COP29-u gözdən salmaq və tədbiri baykot etmək üçün geniş platforma yaratmağa çalışdı. Kampaniyaya əsasən Qərbin pensiyaner siyasətçiləri cəlb edildi və aparıcı informasiya vasitələrində qarayaxma kampaniyasına geniş yer verildi. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, argentinalı Okamponun başçılıq etdiyi böhtan kampaniyası əsasən sosial şəbəklərdə aparıldı. Okampo ətrafına Avropanın və Amerikanın tanınmış adamlarını cəlb etməklə, Azərbaycanı gözdən salma kampaniyasını daha da genişləndirdi. Artıq  Qərb mətbuatı hər gün anti-Azərbaycan yazıları dərc edir, əsasən ermənilərin “hüquqları” qabardılır və Bakıda həbsdə olan erməni cinayətkarlarını “süddən çıxmış ağ qaşıq” kimi təqdim edirdilər. Fransanın, Niderlandın, Almaniyanın və digər Avropa dövlətlərinin KİV-lərinin manşetini bəzəyən anti-Azərbaycan yazılarının hamısının məzmunu eyni idi: Azərbaycanda insan hüquqları pozulur, Qarabağda ermənilərin etnik təmizlənməsi baş verib, Azərbaycan Qarabağı işğal edib, rəsmi Bakı Ermənistanı müharibəylə hədələyir və tezliklə Ermənistana hücum olacaq və saiır.

Bu tezisləri Avropada tirajlamaqla onlar COP29-u baykota çağırırdılar. Hədəfləri  Azərbaycanın siyasi imicini zəiflətmək və ölkəmizi gözdən salmaq idi. Erməni diasporunun milyonlar xərclədiyi anti-Azərbaycan kampaniyasını aparnalar arasında təəssüf ki, Avropada yaşayan azərbaycanlılar da yer alıb. Düşmən dəyirmanına su tökən bu yaramaz adamlar hər gün onlar üçün yaradılan imkanlardan istifadə edib, Azərbaycan əleyhinə kampaniyanın bir hissəsinə çevriliblər. Bəzi internet resursları, YouTube kanalında yayımlanan verilişlərində erməniləri geridə qoyan “vətənpərvərlər” ölkəmiz haqqında böhtan xarakterli məlumatlar yaymaqla məşğul idilər. Tezisləri erməni diasporundan və Azərbaycana qənim kəsilən Fransadan alanlar gah Avropa Parlamenti, gah da Avropa Şurasının qapısı ağzında boyunlarını bükür, onları adam yerinə qoymayan avropalı deputatlara Azərbaycandan şikayətlər edirdilər. Üstəlik öz kanallarında COP29-un Bakıda keçirilməsinə ağız əyən, dövləti aşağılayan ifadələr işlədən “azərbaycanlılar” eynən “Noyan Tapan”nın aparıcısı Qayana Arakelyan kimi danışırdılar. Əslində, bu adamların azərbaycanlı olduqları şübhə yaradır və damarlarında təmiz azərbaycanlı qanı axan heç bir kəs bu yaramazların etdiyini etməz. Hələ üstəlik, Ermənistanın təbliğat maşının bir hissəsinə çevrilən antimilli ünsürlər Azərbaycanın uğurlarından narahat olur, ölkəmizin beynəlxalq imcindən qıcıqlanırlar. Niyəsini deyə bilmərəm, ancaq onu bilirəm ki, vətəni satanlar, ona qarşı çıxanlar, Azərbaycana xain gözlə baxanlar bu xalqa aid deyil. Azərbaycanı etnik təmizləmədə ittiham edən “həmyerlilərimiz”ə ermənilərin nə qədər ödədiyini dəqiq deyə bilmərəm. Ancaq bir müddət əvvəl deputat olmaq istəyən birinin, Tbilisidə ermənilərin aksiyasında “erməni qaçqınlara ədalət” tələb etməsi yalnız təəssüf doğurur.

Artıq COP29 öz işini başa çatdırmaq üzrədir. Bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan bir daha sübut etdi ki, bizim iradəmizi heç bir qüvvə sarsıda bilməz. Qərbin anti-Azərbaycan kampaniyasına xərclədiyi milyonlar isə hədər getdi. Erməni diasporu, erməni kilsəsi və Ermənistanın yaratdığı şəbəkə də ifşa olundu. Bu şəbəkədə pay sahibi olanlar, oradan bəhrələnən bəzi “soydaşlarımız”ın “işi” də bir nəticə vermədi. Deməli, Azərbaycanın işi haqq işidir və heç bir qüvvə ölkəmizi bu yoldan döndərməyə qadir deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri