Nəticə yox, cavabdehlik yox
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
Qaldığımız yerdən davam edirik… Yenə ardıcıl yenilgilər, biabırçı hesablar, yenə məyusluq…
Bəli, söhbət futbol üzrə milli komandalarımızın rəsmi və qeyri-rəsmi matçlardakı məğlubiyyətlərindən gedir. Artıq bir həftədən də az bir müddətdə iki fərqli millimiz meydana çıxıb ki, hər iki kollektiv də məğlubiyyətlə üzləşib.
Öncə Azərbaycanın qadınlardan ibarət millisi UEFA Millətlər Liqasında Litvaya doğma meydanda biabırçı hesabla uduzub – 0:5. Ötən gün isə 21 yaşlılardan ibarət yığmamız səfərdə yoxlam görüşü çərçivəsində Belarusa 1:3 hesabı ilə məğlub olub. İndi isə növbə əsas millidədir – Latviya və Macarıstanla qarşıdakı oyunlar üçün optimizm üçün heç bir əsas yoxdur.
Mövcud durum AFFA-nın səlahiyyətli şəxslərini narahat etmir. Hər halda milli oyunları zamanı qarşılaşdığımız durum planlamanın yoxluğu və formallıq üzərində qurulan “strategiya”nın qaçılmaz nəticələrini bizə göstərir. AFFA ya anlamır, ya da başa düşə bilmir ki, idmanda nəticələrində geriləmə varsa, bu, yalnız komanda deyil, bütövlükdə idarəetmə probleminin əlamətidir. Hazırda qazanılan nəticələrin məsuliyyəti də AFFA-nın boynundadı.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















