Icma.az
close
up
RU
Nəticəsiz danışıqlar karuseli “Həqiqət anı yaxınlaşır, Putin cəzasız qalacağına əmindir”

Nəticəsiz danışıqlar karuseli “Həqiqət anı yaxınlaşır, Putin cəzasız qalacağına əmindir”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Donald Trampın Rusiya-Ukrayna müharibəsilə bağlı apardığı Kremlyönlü siyasət heç bir müsbət nəticə vermir, əksinə, içğalçını daha da həvəsləndirir. Bunu Qərb mətbuatı da anlamağa və bəyan etməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, “CNN” kanalı Trampın Ukrayna siyasətini tənqid edən material yayımlayıb. 

Orada deyilir ki, Tramp Moskvanın işğalçılıq siyasətini ört-basdır edərkən, Kreml Ukraynanın dinc şəhərlərinin bombalanmasını daha da çoxaldır: ““Mənə dedilər ki, onlar səhv ediblər” – Tramp Rusiyanın Suminin mərkəzinə raket zərbəsini, o cümlədən mülki əhali arasında maksimum itkiyə səbəb olmaq üçün kasetli sursatların istifadəsini belə şərh edib. Ruslar dəqiqliyi ilə tanınan “İsgəndər” raketlərindən istifadə ediblər. Bir-birinin ardınca iki raketin istifadəsi məqsədyönlü hərəkətdir və hadisə yerinə ilk gələn xilasediciləri vurmaq niyyətini göstərir”.

Şərhdə qeyd olunur ki, Kremlin bunu səhvən etməsi mümkün deyil. Baxmayaraq ki, Trampın ətrafındakı bəzi Rusiya tərəfdarları Trampı bunun “səhv” olduğuna inandırmağa çalışa bilər.

Telekanal qeyd edir ki, bu hücum ABŞ-nin diplomatik səylərinin nəticəsiz olduğunu ağrılı şəkildə vurğulayır: “Sosial mediada Tramp Rusiyanın sülhə doğru irəliləməyə başlamalı olduğunu qeyd edib. Lakin Rusiya neftinin alıcılarına ikinci dərəcəli sanksiyaların tətbiqindən başqa hər hansı vaxt çərçivəsi və ya konkret nəticələr göstərməyib. ABŞ Prezidenti dəfələrlə oxşar bəyanatlar verib, mülki şəxslərə qarşı hücumları pisləyib, eyni zamanda, bu günlərdə Krivoy Roqda oyun meydançasında doqquz uşağın qətlə yetirilməsi kimi konkret cinayətlərdən daha çox müharibənin ümumi faciəsinə diqqət yetirib”.

CNN qeyd edir ki, diplomatik səylər getdikcə “nəticəsiz danışıqlar karuseli”nə bənzəyir: "Trampın xarici siyasət üzrə xüsusi elçisi Stiv Uitkoff bir neçə dəfə Rusiyaya səfər edib və Kremlin sözçüsü onun Sankt-Peterburqa son səfərini "məhsuldar" adlandırıb. Səudiyyə Ərəbistanında yüksək səviyyəli atəşkəs danışıqları davam edir və diplomatik münasibətlərin bərpası üçün texniki görüşlər də keçən həftə Türkiyədə başlayıb. Danışıqların ayrı bir vektoru ABŞ və Ukrayna arasında Ağ Ev üçün faydalı olan və az qala bütün minerallarla bağlı razılaşmadır”.

Lakin sülh nizamlanmasına gəlincə, CNN yazır ki, enerji infrastrukturuyla bağlı 30 günlük məhdud atəşkəs gərginliyin azaldılması istiqamətində real addım olmadan sona çatır: “İndi Tramp administrasiyası uzunmüddətli sülhə gətirib çıxara biləcək çoxsaylı danışıqları vahid prosesdə birləşdirməyə çalışır, lakin nəticələr indiyə qədər qaranlıq qalır. Ekspertlər hesab edir ki, Rusiya vaxt udmaq üçün qəsdən diplomatik vəziyyəti qarışdırır. Onlar deyirlər ki, Putin Trampı zəif görür və onun sərt addımlar atmaq istəməməsinə arxalanır. Rusiya Prezidenti bu yay cəbhədə müharibənin gedişatını öz xeyrinə dəyişəcəyini gözləyir. Sumıya hücum hərbi məqsədlərlə yanaşı, Ukrayna qüvvələrini yeni istiqamətdə müdafiəyə cəlb etmək məqsədi daşıyır. Eyni zamanda, rus qoşunları Zaporojye vilayətində tədricən irəliləyir. Ukrayna kəşfiyyatı yaz hücumuna başlamazdan əvvəl yerin qurumasını gözləyən Rusiya qüvvələrinin burada cəmləşdiyini bildirir. Bəzi istiqamətlərdə artıq başlayan hücumlar davam edir. Ukraynanın artilleriya sursatlarının çatışmazlığı təhlükəni daha da artırır”.

Nəşr qeyd edir ki, həqiqət anı yaxınlaşır: “Rusiya tam qələbəyə stavka edir və münaqişənin dondurulmasında maraqlı deyil. Şərtlər getdikcə onun xeyrinədir: Qərbə iqtisadi təzyiqlər, Ukraynadakı resurs çətinlikləri, diplomatik qeyri-müəyyənlik - bütün bunlar Moskvanın xeyrinədir. Putin, deyəsən, ABŞ-dən ciddi cəzanın olmayacağına əmindir”.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri