Icma.az
close
up
RU
Nəticəyə hesablanmış siyasət: Addım addım Qərbi Azərbaycana doğru MƏQALƏ

Nəticəyə hesablanmış siyasət: Addım addım Qərbi Azərbaycana doğru MƏQALƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi, xalqımızın birliyi və həmrəyliyi nəticəsində addım-addım bütün strateji hədəflərə nail olur. Bu gün güclü iqtisadi dayaqlara, qüdrətli orduya sahib olan qalib Azərbaycan beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürüdən ölkə kimi böyük nüfuza malikdir. “Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir”, - deyən Prezident İlham Əliyev illərdir Azərbaycanı dünyada qlobal layihələri uğurla icra edən, təşəbbüskar, ədalətli, qətiyyətli ölkə kimi zirvələrə daşıyır.

Bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin və Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılovun “Nəticəyə hesablanmış siyasət: Addım-addım Qərbi Azərbaycana doğru” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Vətən müharibəsində ərazi bütövlüyünü, antiterror əməliyyatları zamanı isə dövlət suverenliyini tam təmin edən Azərbaycan 30 ilə yaxın müddət ərzində davam edən işğala, ədalətsizliyə son qoydu, öz tarixi torpaqlarını azad etdi. Ermənilər tərəfindən dağıdılmış, viran qoyulmuş torpaqlarımızda müasir şəhərlər, qəsəbələr, kəndlər tikilir, “Böyük Qayıdış” proqramı uğurla icra edilir. Otuz il Vətən həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli qayıdışı bugünkü qüdrətli Azərbaycanın ən parlaq təzahürüdür. Tarix boyu məqsədyönlü şəkildə yaradılmış bu münaqişəni Azərbaycan öz gücü, qüdrəti hesabına həll etdi.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik-dini ayrı-seçkiliyin, nifrətin daha bir bariz nümunəsi isə Qərbi Azərbaycan ərazisində yaşayan yüz minlərlə soydaşımızın 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə etnik təmizləməyə məruz qalmasıdır. Sistemli şəkildə həyata keçirilən bu etnik təmizləmə nəticəsində Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən çox ailə qovulub, xalqımıza məxsus tarixi, maddi, mədəni abidələr məhv edilib. Böyük təəssüf hissi ilə bildirmək lazımdır ki, ən müasir dünyamızda belə Ermənistan bu çirkin əməllərindən əl çəkmir, tarixi Qərbi Azərbaycan torpaqlarında Azərbaycan xalqına məxsus milli-mədəni irsi tamamilə məhv etməyə çalışır.

Vahid amala doğru

Azərbaycan bu gün əməli fəaliyyəti ilə dünyaya sülhün, əmin-amanlığın, əməkdaşlığın təşviqinin ən yaxşı nümunəsini təqdim edir. Tərəfdaş ölkələrlə qurulan qarşılıqlı faydalı əlaqələr, həyata keçirilən regional və qlobal layihələr ölkəmizin sülhsevər siyasətinin təzahürüdür.

Eyni zamanda, otuz il ərzində işğalla barışmayan Azərbaycan xalqı Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi də qəbul etmir və Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasını istəyir.

Bu xüsusda, Azərbaycan dövlətinin dəstəyi ilə Qərbi Azərbaycan İcması tərəfindən müvafiq işlər həyata keçirilir. İcma Qayıdış Konsepsiyasına uyğun olaraq, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılmasını və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas hədəf kimi müəyyən edib.

Bu istək Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanır.

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan dövlətimizin başçısı İcma üzvləri ilə görüşündə qarşıya mühüm vəzifələr qoyaraq dedi: “Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər.

Bununla bərabər, hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq”.

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin icrası istiqamətindən ötən müddət ərzində əsaslı işlər görülüb. Belə ki, Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpası ilə bağlı maarifləndirmənin, bu barədə həqiqətlərin daha geniş yayılmasını təmin etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrində elmi-praktiki konfranslar, görüşlər, mədəni tədbirlər təşkil edilir, icmanın təşkilatlanması üzrə önəmli addımlar atılır. Mütəmadi olaraq gənclərlə maarifləndirmə xarakterli görüşlər maarifləndirmə ilə yanaşı, Qərbi azərbaycanlılara məxsus irsin, milli-mədəni dəyərlərin yaşadılması, nəsildən-nəsilə ötürülməsi baxımından olduqca önəmlidir.

Eyni zamanda, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən İrəvan Qazılığının fəaliyyətinin bərpası ilə bağlı önəmli qərar qəbul olundu. Bu, təbii ki, Qərbi Azərbaycanda dini etiqad azadlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ankaradan dünyaya verilən mesaj

Misli görünməmiş müsibətlərlə üzləşmiş yüz minlərlə soydaşımızın öz dədə-baba torpaqlarından zorla çıxarılması, kütləvi qətl və qırğınlara məruz qalması ilə bağlı məlumatların beynəlxalq ictimaiyyətə çatdırılması üzrə iş də fəal şəkildə həyata keçirilir. İkitərəfli formatlarda müxtəlif görüşlər, məlumatlandırma sessiyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıqlar qurulur, xarici təsisatlara müraciətlər edilir, bir sıra ölkələrdə tədbirlər təşkil olunur.

Bir neçə gün öncə qardaş Türkiyənin paytaxtı Ankara şəhəri “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransa ev sahibliyi etdi. Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artılmasına xidmət edən bu beynəlxalq konfrans olduqca məhsuldar müzakirələrlə yadda qaldı.

Azərbaycan Prezidentinin konfrans iştirakçılarına dərin məzmunlu müraciəti bu beynəlxalq tədbirin əhəmiyyətini daha da artırdı. Dövlətimizin başçısının müraciətində “Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır” mesajı isə ölkəmizin məsələ ilə bağlı birmənalı mövqeyini bir daha ifadə edir.

Bütün bu görülən işlər isə Qərbi azərbaycanlıları əsas amala – doğma torpaqlara qayışa addım-addım yaxınlaşdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see170

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri