“Konfrans bizi bir addım daha Qərbi Azərbaycana yaxınlaşdırdı“ DEPUTAT DANIŞDI
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirildi. Bu beynəlxalq konfransın keçirilmə ideyası hələ 2022-ci dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının bir qrup ziyalısı ilə görüşən zaman Azərbaycan Prezidenti tərəfindən qoyulmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.Deputat bildirib ki, baş tutan konfransın məqsədi Azərbaycan həqiqətlərini bir daha dünyaya çatdırmaq və qayıdışın beynəlxalq hüquqi əsaslarını gücləndirmək məqsədi daşıyır:
“Azərbaycan Prezidenti konfrans iştirakçılarına müraciət edərək, qayıdışın aktual məsələlərinə toxundu. Şübhəsiz ki, qayıdışın əsas məqsədi beynəlxalq hüquq və ədalətin bərpa olunmasıdır. Etnik təmizləmə siyasətinə məruz qalmış azərbaycanlıların öz haqlarına, tarixi torpaqlarına, el-obalarına qovuşmasıdır. Azərbaycan Prezidentinin konfrans iştirakçılarına müraciətində də məhz bu məsələlər aktuallaşdırılaraq qayıdışın əslində sülh konsepsiyası olması ilə bağlı fikirlərdən ibarət idi. Eyni zamanda dünya ictiamiyyəti, beynəlxalq hüquq təşkilatlarının bu məsələyə göz yummaması, Qərbi Azərbaycanlıların hüquqlarının qorunmasına həssas münasibət göstərilməsi məsələlərindən ibarət idi və konfransda da müvafiq məsələlər üzrə müzakirələr aparıldı.
Ümid edirik ki, konfrans bizi bir addım daha Qərbi Azərbaycana yaxınlaşdırdı”.
Müəllif: Səbinə Hüseynli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 06 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















