Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Nevroloq: Yuxu problemləri genetik faktorlardan təsirlənə bilər

Nevroloq: Yuxu problemləri genetik faktorlardan təsirlənə bilər

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 16 mart, AZƏRTAC

Müasir həyat ritmi, stres, texnologiyadan həddindən artıq istifadə və qeyri-sağlam həyat tərzi yuxu problemlərini cəmiyyətin ən geniş yayılmış sağlamlıq şikayətlərindən birinə çevirib. Bir çox insan gecə yuxuya getməkdə çətinlik çəkir, səhər isə yorğun oyanır. Halbuki keyfiyyətli yuxu yalnız istirahət deyil, həm də beynin və bədənin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan bir prosesdir. Yuxu rejiminin pozulması isə immun sisteminin zəifləməsindən tutmuş, ürək-damar xəstəliklərinə və psixoloji problemlərə qədər bir çox ciddi nəticələrə səbəb ola bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Aygün İsayeva bildirib.

O deyib ki, yuxusuzluq uzun müddət davam edərsə, bir çox fiziki və psixoloji sağlamlıq problemlərinə səbəb olur. Bu, yalnız gündəlik həyata deyil, ümumi rifaha da mənfi təsir edə bilər:”Yuxusuzluq immun sistemini zəiflədir, bu da bədəni xəstəliklərə daha həssas edir. Davamlı yuxusuzluq, yüksək qan təzyiqi, ürək xəstəlikləri və digər ürək-damar problemləri riskini artırır. Yuxusuzluq, aclıq və iştahanı tənzimləyən hormonları pozur, bu da çəki artımına səbəb ola bilər. Yuxusuzluq, həmçinin stres və narahatlıq səviyyələrini artırır, bu da emosional narahatlıq yaradır. Depressiya əlamətlərinin güclənməsinə və əhval-ruhiyyənin düşməsi ilə nəticələnir. Yuxusuzluq beyin funksiyalarını zəiflədir, konsentrasiya, yaddaş və qərar qəbuletmə qabiliyyətinə mənfi təsir edir”.

Nevroloq yuxu pozuntusunun müalicəsi barədə məlumat verib: “Müalicə üsulları pozuntunun növünə və səbəbinə bağlı olaraq dəyişir. Yuxu pozuntuları müxtəlif səbəblərdən qaynaqlana bilər və buna görə də müalicə yanaşmaları fərqli olur. Müalicə, adətən, üç əsas yanaşmanı əhatə edir. Davranışsal müalicə (Koqnitiv Davranış Terapiyası - CBT-i) yuxu pozuntuları üçün çox effektiv bir müalicə üsuludur. Koqnitiv davranış terapiyası (CBT-i) yuxusuzluğu və digər yuxu problemlərini müalicə etmək üçün xüsusi olaraq hazırlanan psixoterapiya üsuludur. CBT-i yuxu ilə bağlı mənfi düşüncələri və davranışları dəyişdirməyə kömək edir. Bu terapiya yuxu təlimini, stres idarəetmə texnikalarını və rahatlama metodlarını öyrədir. CBT-i xüsusilə uzun müddət yuxusuzluğu olan şəxslər üçün çox təsirli ola bilər. Medikamentoz müalicəyə (Dərman müalicəsi) gəldikdə isə bəzi hallarda, dərmanlar yuxu pozuntularının müalicəsində istifadə edilə bilər. Bununla belə, dərmanlar yalnız qısa müddətli müalicə üçün və ya digər müalicə üsullarının nəticə vermədiyi hallarda tövsiyə edilir. Yuxu pozuntularını müalicə etmək üçün həyat tərzində bəzi dəyişikliklər də çox faydalı ola bilər. Yuxu rejiminin tənzimlənməsi üçün hər gün eyni vaxtda yatmaq və eyni vaxtda oyanmaq, bədən saatının tənzimlənməsinə kömək edir. Gün ərzində fiziki fəaliyyət və idman etmək yuxuya keçidi asanlaşdırır, lakin yuxudan əvvəl ağır məşqlər etməmək vacibdir. Yuxudan əvvəl ağır yeməklərdən, kofein və alkollu içkilərdən uzaq durmaq faydalıdır”.

Aygün İsayeva yuxu problemlərinin müəyyən dərəcədə genetik faktorlardan da təsirlənə biləcəyinə diqqət çəkib: “Araşdırmalar göstərir ki, bəzi yuxu pozuntuları, məsələn, yuxusuzluq, yuxu apnesi, və narahat ayaq sindromu kimi vəziyyətlər ailəvi olaraq daha çox görünür, genetik meyillilik bu pozuntuların yaranmasında rol oynayır. Bəzi tədqiqatlar göstərir ki, yuxusuzluq problemi olan insanlarda ailə üzvləri arasında da bənzər problemlər ola bilər. Bunun səbəbi, genetik olaraq bədənin yuxu-oyanma dövrünü (sirkadiyan ritmini) idarə edən mexanizmlərdəki dəyişikliklərdir. Yuxu zamanı nəfəsin qısa müddət dayandığı vəziyyət genetik olaraq ailələrdə görülür. Bu, bəzən nəfəs yollarının strukturunun genetikdar olması ilə əlaqədar ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see358

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see301

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see294

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see292

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see277

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see275

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see268

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see260

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see258

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see257

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see242

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see242

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see232

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see222

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see221

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see218

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see216

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see213

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see207

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri