Icma.az
close
up
RU
Nəyə görə kollagen ehtiyatını doldurmalıyıq? 10 mənbə

Nəyə görə kollagen ehtiyatını doldurmalıyıq? 10 mənbə

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.



Pəhrizinizə kollagen istehsalını stimullaşdıran qidaların daxil edilməsi sağlam dərini, oynaqları, sümükləri və həzm sistemini qorumaq üçün ən təsirli bir yoldur.

“Medicina” xəbər verir ki, kollagen insan orqanizmində birləşdirici toxumanın əsasını təşkil edən vacib zülallardan biridir. Dərinin elastikliyinə, oynaqların möhkəmliyinə, saç və dırnaqlara, sümüklərin və qığırdaqların bütövlüyünə cavabdehdir.

Yaşla orqanizmdə kollagen istehsalı azalır, bu da qırışlara, oynaqların hərəkətliliyinin azalmasına və yaşa bağlı digər dəyişikliklərə səbəb olur. Pəhrizinizə kollagenlə zəngin qidaları daxil etməklə bu proseslərin gedişatını ləngidə bilərsiz:

Kollagen bədəndəki bütün zülalların təxminən 30%-ni təşkil edir.

Bundan əlavə, kollagen qığırdaqların əsas tərkib hissəsidir, oynaqları aşınma və qurumaqdan qoruyur və kalsiumla birləşdikdə sümükləri daha güclü və zədələrə qarşı daha davamlı edir. Bədəndə onun bolluğu saç və dırnaqların böyüməsinə kömək edir, həmçinin həzmi yaxşılaşdıra və iltihabi prosesləri riskini azaldır.

Kollagen heyvanların orqanizmində sintez olunan zülal olduğundan heyvan mənşəli məhsullarda olur.

Onun əsas mənbələri bunlardır:


Sümük bulyonu: Sümüklər, qığırdaqlar və bağlar uzun müddət qaynadılanda bulyona kollagen buraxılır və bu zülalla zəngin olur:

Yağlı balıq: skumbriya, siyənək, qızılbalıq və digər yağlı balıq növləri yalnız kollagen deyil, həm də onun daha yaxşı mənimsənilməsinə kömək edən omeqa-3 yağ turşularını ehtiva edir;

Toyuq ayaqları, donuz qulaqları və birləşdirici toxuma ilə zəngin olan digər hissələr kollagenlə zəngindir.

Yumurtalar: onların tərkibində kollagen sintezi üçün lazım olan amin turşusu olan prolin var;

Jelatin: kollagenin törəməsidir

Vitamin C: kollagenin sintezində əsas rol oynayır, sitrus meyvələrində, kividə, bolqar bibərində, brokkolidə və giləmeyvələrdə olur.

Kükürd: sarımsaq, soğan, yumurta, kələmdə olan kollagenin istehsalı üçün lazımdır.

Sink: həmçinin dəniz məhsulları, qoz-fındıq, toxum, paxlalı bitkilərdə mövcud olan kollagen sintezini təşviq edir.

Amin turşuları: kollagen istehsalı yumurta, süd məhsulları, balıq və ətdə olan prolin və lizin tərəfindən stimullaşdırılır.

Fiziki cəhətdən aktiv olun, çünki müntəzəm məşq qan dövranını yaxşılaşdırır və bununla da kollagen istehsalını stimullaşdırır.


Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 21 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri