Icma.az
close
up
RU
Nəyin bahasına olursa, olsun... KÜNCDƏN BAXIŞ

Nəyin bahasına olursa, olsun... KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Son dövrlərdə cəmiyyətdə tanınmaq və məşhurlaşmaq istəyi daha qabarıq şəkildə özünü göstərir. Hər kəs daha çox diqqət çəkməyə, izləyici qazanmağa çalışır. Bəs bu tendensiyanın səbəbi nədir?

Bu, əsasən internetin və sosial şəbəkələrin sürətli inkişafı ilə ortaya çıxıb. İnsanlar getdikcə rel dünyadan virtual dünyaya keçir və buradan özünü təsdiq etməyə çalışır. Xüsusən də, sosial şəbəkələr bunun üçün böyük imkanlar yaradıb.

Bəzi insanlar bundan istifadə edərək tanınmağa çalışırlar. Bu tip şəxsləri şərti olaraq iki qrupa bölmək olar. Birinci qrup bunu maddi qazanc və karyera qurmaq məqsədilə edir. İkinci qrup isə sadəcə öz eqosunu təmin etmək, özünü təsdiqləmək, diqqət mərkəzində olmaq istəyir. Onlar özlərini olduqlarından fərqli göstərməyə, başqalarından üstün təqdim etməyə çalışırlar. Bunun kökündə isə çox vaxt diqqət və qayğı çatışmazlığı, şəxsiyyət boşluğu dayanır. Əslində məşhurlaşmaq məqsədi ilə yaşamaq müsbət xüsusiyyət deyil. İnsan məşhur olmaq üçün yox, cəmiyyətə dəyər yaratmaq üçün çalışmalıdır. Əgər yaratdığın dəyər xalqa faydalıdırsa, insanlar səni onsuz da tanıyacaq və qəbul edəcək. Məşhurluq məqsəd deyil, vasitə ola bilər.

Bizim görkəmli şəxsiyyətlərimiz, dahilərimiz məşhurlaşmaq üçün çalışmayıblar. Onlar elmdə, sənətdə və ya başqa sahələrdə elə böyük dəyərlər yaradıblar ki, xalq onları özü tanıyıb, qiymətləndirib və məşhurlaşdırıb. Bu, sağlam və təbii yoldur. Təəssüf ki, bu gün fərqli bir tendensiya formalaşıb: nəyin bahasına olursa-olsun məşhurlaşmaq. Məhz bu ifadənin özü problemin mahiyyətini göstərir- "nəyin bahasına olursa olsun".

Əxlaqını, şərəfini, ləyaqətini, şəxsi nüfuzunu itirmək bahasına da olsa, özünü gülüş hədəfinə çevirmək, başqalarına zərər vurmaq hesabına da olsa, tanınmağa çalışmaq sağlam düşüncə deyil. Bu yanaşma həm fərd, həm də cəmiyyət üçün təhlükəlidir. Belə həyat tərzi insanı mənəvi dəyərlərdən uzaqlaşdırır, onu yalnız maddiyyata, şöhrətə və tanınmağa köklənmiş bir həyata sürükləyir. Belə insanlar üçün əsas məqsəd pul, populyarlıq, tanınmış şəxslərlə şəkil çəkdirmək və diqqət qazanmaq olur. Bu isə sağlam düşüncə tərzi deyil.

Bu cür davranışların bir hissəsinin arxasında ciddi psixi problemlər dayanır. Belə hallarda mütəxəssis yardımı vacibdir. Çünki bəzi insanlar nə problemlərinin fərqində olurlar, nə də müalicəyə ehtiyac duyduqlarını qəbul edirlər. Bu tendensiya cəmiyyətə də ciddi zərər vurur. Milli-mənəvi dəyərləri zəiflədir, etik normaları pozur, xüsusilə gənclər üçün yanlış davranış modelləri formalaşdırır. Sosial, mənəvi və psixoloji baxımdan bunun mənfi təsirləri açıq şəkildə görünür.

Son dövrlərdə hüquq-mühafizə orqanlarının bu istiqamətdə müəyyən tədbirlər görməsi nəticəsində biabırçı hallar qismən səngiyib. Bu, müsbət haldır. Lakin belə halların sayı hələ də çoxdur. Hesab edirəm ki, bu məsələyə daha ciddi yanaşılmalıdır. Çünki sosial şəbəkələr vasitəsilə milli-mənəvi dəyərlərə, ictimai əxlaqa və cəmiyyətin sağlam inkişafına ciddi zərbə vurulur. Əgər kimsə şəxsi maraqları naminə dövlətə, cəmiyyətə və milli dəyərlərə zərər vurursa, qanun çərçivəsində bunun qarşısı alınmalı və məsuliyyət tədbirləri tətbiq edilməlidir.

Cəmiyyətimiz də internetdə, sosial şəbəkələrdə belələrinə yox, faydalı- elmi, mədəni, yaradıcı, mənəvi istiqamətlərdə fəaliyyət göstərən şəxslərə- səhifələrə, kanallara dəstək verməlidir. Əgər belə edilsə, mənfi hallar diqqətdən kənarda qalaraq sıradan çıxacaq. Deməli hər şey cəmiyyətin özündən asıdır. Cəmiyyət real dünyada necədirsə, virtual dünyada da elə olacaq. Biz real dünyada sağlam cəmiyyətik və bunu virtual dünyada da göstərməliyik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyun 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri