Neymarın ilk qolu 3 xal qazandırdı, sabiq Qarabağ lı sonda yada düşdü
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Braziliya çempionatının 14-cü turu çərçivəsində "Santos" - "Flamenqo" matçı keçirilib.
Fanat.Az xəbər verir ki, meydan sahibləri “qırmızı-qaralar” üzərində 1:0 hesablı qələbəni bayram ediblər.
Vurulan yeganə qolun müəllifi 84-cü dəqiqədə rəqib qapısına yol tapan ulduz hücumçu Neymar olub. Bu, onun cari mövsümdə ilk qoludur.
"Flamenqo"da çıxış edən və əsasən ehtiyatda qalan "Qarabağ"ın sabiq hücumçusu Juninyo komandası hesabda geri düşəndən sonra - 87-ci dəqiqədə meydana buraxılıb.
Bu qələbədən sonra "Santos"un aktivində 14 xalı var və Braziliya çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Flamenqo”ya gəlincə, komanda 27 xalla liderliyini qoruyub.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Baxış sayı:67
Bu xəbər 17 İyul 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















