Icma.az
close
up
RU
Neyronlar idarəetmə uğrunda necə rəqabət aparır Beyin daxilində mübarizə

Neyronlar idarəetmə uğrunda necə rəqabət aparır Beyin daxilində mübarizə

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


“Nature Neuroscience” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, beynin fəaliyyətini dəqiq modelləşdirmək üçün yalnız neyron şəbəkələrinin “əməkdaşlığını” deyil, həm də onların bir-biri ilə “rəqabətini” nəzərə almaq lazımdır.
Yeniavaz.com
xəbər verir ki, tədqiqat “Oxford University”, “University of Cambridge”, “McGill University”, “Aarhus University” və “Pompeu Fabra University” alimlərinin daxil olduğu beynəlxalq komanda tərəfindən aparılıb.
Onlar beynin müxtəlif rejimlər arasında necə balans yaratdığını araşdırıblar. Gündəlik həyatda bu proses insanın eyni anda bir neçə işi yerinə yetirə bilməməsi ilə özünü göstərir – çünki beyin sistemləri məhdud resurslar uğrunda rəqabət aparır.
Araşdırmanın aparıcı müəllifi Andrea Luppi qeyd edib ki, son onilliklərdə yaradılan modellərin əksəriyyəti beynin müxtəlif sahələrinin yalnız bir-birini gücləndirdiyini fərz edirdi. Bu yanaşma isə real beyin fəaliyyətində nadir hallarda müşahidə olunan həddindən artıq sinxronlaşma ilə nəticələnirdi.
Alimlər alternativ yanaşmanı yoxlamaq üçün insan, makaka və siçan beyni üçün kompüter modelləri hazırlayıblar. Klassik – yalnız əməkdaşlığa əsaslanan model yeni model ilə müqayisə edilib. Yeni modeldə isə neyron şəbəkələri bir-birini həm aktivləşdirə, həm də zəiflədə bilir, yəni rəqabət elementi mövcuddur.
Nəticələr göstərib ki, hər üç halda rəqabət mexanizmini ehtiva edən modellər daha dəqiq və real nəticələr verir. Bu yanaşma beynin həddindən artıq aktivləşməsinin qarşısını alır və müxtəlif sistemlərin növbə ilə dominantlıq etməsinə imkan yaradır.
Araşdırmanın mühüm nəticələrindən biri də odur ki, bu cür modellər fərdi beyin xüsusiyyətlərini – “neyron izi”ni daha yaxşı əks etdirir. Bu isə “rəqəmsal əkiz” texnologiyalarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Belə virtual modellər gələcəkdə müalicə üsullarının real pasiyentlər üzərində tətbiqindən əvvəl sınaqdan keçirilməsinə imkan verə bilər.
Alimlər vurğulayır ki, konkret beynin əsas işləmə prinsipləri nəzərə alınmadan qurulan modellər yanlış nəticələr verə bilər. Neyron şəbəkələri arasındakı rəqabətin modellərə daxil edilməsi isə həm neyroelm, həm fərdiləşdirilmiş tibb, həm də süni intellekt sistemlərinin inkişafı üçün yeni perspektivlər açır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Mart 2026 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri