Nəzakət Teymurova ADU da konsert verdi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə xalq artisti Nəzakət Teymurovanın konserti keçirilib.
Kult.az xəbər verir ki, ADU-nun rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla müəllimləri peşə bayramı münasibətilə təbrik edərək onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlar arzulayıb. Müəllimlik peşəsinin əhəmiyyətindən danışan rektor tələbələrə də müraciət edərək gələcəkdə layiqli müəllim olmağın vacibliyini vurğulayıb.
Rektor çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, 1993-cü ildən etibarən hər il 5 oktyabr ölkəmizdə Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur:
“Müəllimlər Günü müqəddəs gündür, çünki müəllim peşəsi müqəddəsdir. Əziz tələbələr, siz gələcəyin müəllimləri olacaqsınız. Mən sizə arzu edirəm ki, müəllimi olduğunuz insanlar sizə layiq olduğunuz qiyməti hər zaman versinlər. Bu əlamətdar gün münasibətilə görkəmli sənətkarımız, xalq artisti Nəzakət Teymurova universitetimizin qonağıdır. Nəzakət Teymurova hamımızın sevimlisidir. Tələbə-müəllim heyəti adından onu salamlayırıq, universitetimizə xoş gəlib”.
Rektorun çıxışından sonra tədbir bədii hissə ilə davam etdirilib və səhnə xalq artisti Nəzakət Teymurovanın və “Xarıbülbül” muğam qrupunun ixtiyarına verilib.
Canlı ifalardan sonra musiqili görüş maraqlı və səmimi diskussiya formatında davam edib. Xalq artisti universitetin müəllim və tələbə heyətini maraqlandıran çoxsaylı sualları böyük məmnuniyyətlə cavablandırıb.
Baxış sayı:63
Bu xəbər 07 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















