Icma.az
close
up
RU
Nəzəri biliklər təcrübədə bacarığa çevrilir

Nəzəri biliklər təcrübədə bacarığa çevrilir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali təhsil və sənaye müəssisələri arasında qarşılıqlı əməkdaşlıq müştərək innovasiyaların genişləndirilməsi və gənc mütəxəssislərin əmək bazarına inteqrasiyası baxımından önəmlidir. Sumqayıt Dövlət Universitetinin istehsalat müəssisələri ilə əməkdaşlığı buna gözəl nümunə sayıla bilər.

SDU-da rektor, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli ilə “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədovun görüşündə tərəflər universitet–sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi, korporativ təcrübənin tədris prosesinə inteqrasiyası, tələbələrin istehsalat mühitində praktiki bacarıqlarının inkişaf etdirilməsi, birgə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, sənaye mütəxəssislərinin tədris prosesinə cəlb olunması, eləcə də seminar, təlim və ekspert görüşlərinin təşkili məsələlərini müzakirə ediblər.

Universitetin rektoru yüksəkixtisaslı insan kapitalının hazırlanmasının ölkənin sosial-iqtisadi inkişafı baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayaraq bildirib ki, Sumqayıt Dövlət Universiteti güclü elmi-pedaqoji potensiala malik olmaqla yanaşı, sənaye mərkəzində yerləşməsi səbəbindən təhsil, elm və istehsalat inteqrasiyasının təmin olunması üçün əlverişli imkanlara malikdir. Onun sözlərinə görə, nəzəri biliklərin istehsalat mühitində praktik bacarıqlarla tamamlanması əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasının əsas şərtlərindən biridir.

Yeni tədris ilindən etibarən SDU ilə “SOCAR Polymer” MMC arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinin məqsədəuyğun olduğu qeyd edilib. Bu çərçivədə tədris proqramlarının əmək bazarının müasir tələblərinə uyğun təkmilləşdirilməsi, birgə elmi-tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, istehsalat təcrübəsinin əhatə dairəsinin genişləndirilməsi, daha çox tələbənin istehsalat təcrübəsinə cəlb olunması, sənaye təcrübəsinə malik mütəxəssislərin tədris prosesində iştirakının təmin edilməsi, həmçinin yuxarı kurs tələbələrinin tədrisinin müəyyən hissəsinin müəssisənin istehsalat sahələrində təşkili əməkdaşlığın prioritet istiqamətləri kimi qiymətləndirilib.

Görüş zamanı Polimer Materialları İnstitutunun elmi-tədqiqat fəaliyyətinin sənaye ilə inteqrasiyası məsələləri də müzakirə olunub. Bildirilib ki, elektrikkeçirici, aşağı yanma sürətinə, yüksək mexaniki möhkəmliyə və ekoloji təhlükəsizlik göstəricilərinə malik nanokompozit materialların alınmasına yönəlmiş elmi-tədqiqat layihələrinin “SOCAR Polymer” MMC-yə təqdim olunması nəzərdə tutulur. Həmin layihələrin reallaşdırılması innovativ elmi nəticələrin istehsalata transferinə, tətbiqi tədqiqatların kommersiyalaşdırılmasına, eləcə də yüksək texnologiyalı və əlavə dəyərə malik polimer məhsullarının hazırlanmasına mühüm elmi-praktik töhfə verəcək.

“SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov rəhbərlik etdiyi müəssisə ilə SDU arasında əməkdaşlığın hər iki tərəf üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, sənaye müəssisələrinin yüksəkixtisaslı kadr təminatında ali təhsil müəssisələrinin rolunu yüksək qiymətləndirərək, tədris, istehsalat təcrübəsi, tətbiqi elmi-tədqiqat və innovasiya istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, bir qədər əvvəl “Azertexnolayn” müəssisəsində və Sumqayıt Sənaye Parkı Peşə Təhsil Mərkəzində də Sumqayıt Dövlət Universiteti (SDU) ilə İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) arasında əməkdaşlıq perspektivlərinə həsr olunmuş işgüzar görüşlər keçirilib.

Ə.ƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri