Icma.az
close
up
RU
Nəzərlilərə bir nəzər Tərlanə Yaqubqızı yazır

Nəzərlilərə bir nəzər Tərlanə Yaqubqızı yazır

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

1937- ci ilin qara repressiyası çox ailələrə fəlakət gətirib, neçə günahsız adam qətlə yetirilib, Sibirin şaxtasında, Orta Asiyanın qızmar çöllü-biyabanlarında məhv edilib. Adları kitablardan, əsərləri teatrların repertuarından çıxarılıb, amma yaxşı ki, ilahi ədalət deyilən bir qüvvə də var. O qüvvə gec də olsa öz sözünü deyir. 1956- cı ildə ellər düşməni olduğu halda " ellər atası" adlandırılan Stalinin ölümündən sonra günahsız qurbanların bəraət alması elə həmin ilahi ədalətin qələbəsi idi.

Repressiya qurbanlarından biri olan Hacıbaba Nəzərlinin 1963- cü ildə Azərnəşr tərəfindən işıq üzü görən "Seçilmiş əsərlər"ini oxuyuram. Açıq yaşıl rəngdə cildi var. Mənə çox tanış gəlir. Çünki illər öncə oxumuşam. Bir tərəfdən də  kitabın özünəməxsus qoxusu məni kövrəldir. Bu qoxu da mənə tanışdır. Həyatımızda internet olmadığı o gözəl geçmişdə bu qoxu vardı, kitab qoxusu! Onu dönə- dönə ciyərlərimə çəkirəm. Kitabı vərəq- vərəq oxuduqca müəllifin yazı üslubuna, dilinə valeh oluram, Cəfər Cabbarlının, Seyid Hüseynin hekayələrini xatırlayıram, fikrim məni çox uzaqlara aparır və kədərlənirəm. 

1908- ci ildə Şamaxıda açılmış " Ümid" məktəbində böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin gələcəyinə ümid bəslədiyi  şagirdlərindən biri olmuş Hacıbaba Nəzərlinin öz ümidləri repressiya zərbələri altında çilik- çilik oldu. Bu ədəbi şəxsiyyət Mehdi Hüseynin təbirincə desək, əgər yaşasaydı, nələr yarada  bilərdi?! Amma biz onun adını ancaq repressiya qurbanlarının siyahısında görmüşük, haqqında heç nə bilməmişik. Azərbaycanın ictimai- siyasi, ədəbi, mədəni həyatında danılmaz xidmətləri olan bu insan çox böyük haqsızlığın qurbanı olub. Ona görə haqsızlıq deyirəm ki, ömrü boyu proletar ədəbiyyatının və mədəniyyətinin təbliğatçısı olduğu halda öz silahdaşları tərəfindən xəyanətə məruz qalıb. 

Zaman o zaman idi ki, hamı ətrafından şübhələnirdi və olsun ki, həm də Nəzərlinin istedadı, tutduğu mövqe onun cismani məhvinə səbəb olmuşdu. Yazıçı hardan biləydi ki, ətrafı onun Azərbaycan inqilabi hərəkatından bəhs edən
"Satqın" hekayəsindəki satqınlarla doludur.

Ədəbi yaradıcılığa 1915- ci ildə gəlmişdi, " Şalban bəy" imzası ilə " Molla Nəsrəddin" məcmuəsində yazıları dərc olunurdu. V.Şekspirin " Maqbet", M.Qorkinin "Yeqor Buliçov və başqaları" pyesini ana dilimizə tərcümə etmişdi.

Şair, nasir, dramaturq, ədəbiyyat tənqidçisi kimi tanınmış, hətta 1933- 1934- cü illərdə Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri olmuşdu.Pedaqoji institutda dünya ədəbiyyatı kafedrasının müdiri olmuş, Qərbi Avropa ədəbiyyatı tarixindən mühazirələr oxumuşdu. 

Azərbaycan Dövlət Dram  Teatrında ədəbi hissə müdiri, sonradan direktor kimi fəaliyyət göstərmişdi.

Bir sözlə, Azərbaycanda sovet hakimiyyətinin bərqərar olduğu 1920- ci ildən ta qanlı- qadalı 1937- ci ilə kimi bütün varlığı ilə xalqın maariflənməsi və mədəni tərəqqisi uğrunda mübarizə aparmışdı.

Amma nə yazıq ki,  xalqına, Vətəninə xidmət edən proletar yazıçısının "mükafat"ı elə təbliğatçısı olduğu proletar hakimiyyəti tərəfindən güllələnmək oldu. 

Nəzərlilər ailəsindən olan, repressiya qurbanlarından biri Sara xanım da Azərbaycanın adlı- sanlı həkimlərindən olub. Demək olar ki, o zamanlar respublikada qadın həkimlərinin əksəriyyətinə müəllimlik edib. Repressiyanın amansız dalğası onu da caynağına alıb Vətəndən çox uzaqlara aparlb. Düz on səkkiz ildən sonra qızına qovuşub. İllər sonra 1937- ci ildə tamamladığı elmi işindən qətiyyətlə imtina edib yenidən başqa mövzuda elmi əsər yazıb.  Çünki o qara günlərlə- 1937- ci il ilə bağlı olan hər şeyi həyatından silmək istəyib.

Bütün bunları mənə Nəzərli soyadının davamçısı olan, respublikamızın tanınmış ziyalısı, çoxsaylı kitabların müəllifi, dəyərli alim, yorulmaz tədqiqatçı Əzizə xanım danışıb. Əzizə Nəzərli ilə  Milli Kitabxanada tanış olmuşam. Söhbətimiz tutdu, soyadı məni cəlb etdi və ensiklopedik biliyi olan bu gözəl xanım oxucumuz o gündən mənim üçün əziz bir adama çevrildi. Elə bildim ki, onunla illərin dostuyam.

Paradoksa baxın, hekayələrində Qızıl Ordunu mədh edən Hacıbaba Nəzərlinin qardaşı nəvəsi Əzizə Nəzərli elə həmin ordunun işğalından, özbaşınalığından bəhs edən kitabların müəllifidir. Bu kitabların birinin  titul vərəqində repressiyaya məruz qalan Nəzərlilərin siyahısı verilib:
     1.Nəzərli Hacıbaba Hacı Ələsgər oğlu- partiya və dövlət xadimi, yazıçı, jurnalist, Lenin adına APİ- nin ümumi ədəbiyyat kafedrasının müdiri, güllələnib
     2. Nəzərli Ağahüseyn Hacı Ələsgər oğlu- iqtisadçı,  Stalin zindanlarında həlak olub
     3. Nəzərli  Zivər xanım- evdar qadın, 8 il Komi muxtar vilayətində həbsdə olub, azad olunduqdan sonra Göyçaya sürgün edilib
     4.Nəzərli Sara xanım- tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Qazaxıstana sürgün olunub, müharibədən sonra Bakıya qayıdıb
     5. Nəzərli Böyükağa Hacıbaba oğlu - rəssam , 8 il  Maqadanda həbsdə olub
6. Nəsərli Adelya Ağahüseyn  qızı - tibb elmləri namizədi, həkim-pediatr,  müharibənin sonuna qədər Şimali Qazaxıstana sürgün olunub.

Əzizə xanım Nəzərlilərin başına gətirilən müsibətlərdən elə yana- yana danışır ki! Demə, 1928-1936- cı illərdə dərsliklərdə əsərləri tədris olunan Hacıbaba Nəzərli xalq düşməni adı alandan sonra şagirdlərə tapşırılıb ki, əllərinə qələm alıb onun adının üstündən xətt çəksinlər. Onsuz da qara qüvvələr tərəfindən taleyi qara gələnlərin adı bu tərəfdən azmış kimi bir də şagird  qələmi ilə qaraya boyanıbmış. Təsadüfə baxın, Hacıbaba Nəzərlinin adını qələmlə qaralayan şagirdlərdən biri- Əzizə xanımın anası sonradan həmin adamın qardaşı oğlu ilə ailə qurub. Əzizə xanım qızına danışıb ki, həyat yoldaşının əmisinin adını kitablardan tapıb qaraladığı üçün ömür boyu vicdan əzabı çəkib. Həm də bu izdivac düz beş il sonra, 1956- cı ildə bəraət məsələsi ortaya çıxandan sonra baş tutub. Təbii ki, o zamana qədər çox adam xalq düşməni ilə qohum olmağa ürək eləməzdi.

Əzizə Nəzərli kitabxanaya, kitablara olan sevgisindən danışır. Vurğulayır ki, hər şeyin- elmin, mədəniyyətin, təhsilin başında kitablar dayanır. Məni də bir psixoloq kimi xarakterizə edir, hətta şübhələnirəm ki, yəqin bu xanımda  Tofiq Dadaşov kimi adamları tanımaq qabiliyyəti var. O danışdıqca mən onun qəlbindəki işığı görürəm. Nə yaxşı ki bu işıq sönməyib, bu işıq amansız qatillərin 1937- ci ildə söndürmək istədiyi həmin işıqdır.

El arasında " filankəsə nəzər dəydi " ifadəsi var. Mövhumatçı olmasam da, Nəzərlilərin keşməkeşli taleyinə nəzər saldıqdan sonra düşündüm ki, bəlkə də onların başına gələn müsibətlət həmin soyadla bağlıdır. Bəlkə də, nə bilmək olar?

Bu yazının ərsəyə gəlməsində mənə mənəvi dəstək olan Əzizə xanım Nəzərli, kaş  sizə heç vaxt nəzər dəyməsin. Yazın, yaradın, həyata keçirmək istədiklərinizi reallaşdırın, işləriniz sizdən əvvəl yaşayan  Nəzərlilər kimi əsla yarımçıq qalmasın!

Sonda belə bir nəticəyə gəldim ki, Hacıbaba Nəzərlinin ötən əsrdə qələmə aldığı əsərlər öz bədii  dəyərini hələ də də qoruyub saxlayır, hələ də maraqla oxunur. Çünki  həqiqətən, Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir və bu nöqteyi nəzərdən bir zamanlar " sənət sənət üçündür" nəzəriyyəsini mürtəce burjua düşüncəsi hesab edənlər çox yanılıblarmış.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri