Icma.az
close
up
RU
Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...

Nəzrinin ölümü ilə bağlı məsələ böyüyür: Həkim 35 gün sonra mesaj yazıb ki...

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Qızımın ölümündə həkim günahkardı, prokurorluğa müraciət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər".

Qaynarinfo xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında burun əməliyyatından sonra komaya düşüb ötən gün vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.

Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq

Nəzrin Mansurova 1995-ci ildə anadan olub. Özü və həyat yoldaşı ADA Universitetinin məzunudur. Nəzrin Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb. Ailəlidir, üç yaşlı bir qızı var.

Aydın Abışzadə deyir ki, yoldaşıyla Laçının Sus kəndində yaşayır. Qızı Nəzrin Mansurova isə ailəsiylə birlikdə Bakıda yaşayıb işləyirmiş:

"Noyabrda ailəsiylə kəndə gələndə bizə burun əməliyyatı olmaq istədiyini, artıq həkimlə razılaşdığını demişdi, amma mən əməliyyata ehtiyac olmadığını dedim. Onu fikrindən döndərmişdik. Dekabrda həkim özü ona yazıb və əməliyyat üçün qeydiyyatdan keçdiyini, analizlər verdiyi halda niyə gəlmədiyini soruşub. Qızımı yenidən əməliyyata cəlb edib. Götürülən analizin üzərindəm 35 gün keçib, ona görə həkim yenidən analiz götürüb əməliyyat etməliydi, amma bunu etmədən birbaşa əməliyyat eləyib. Əməliyyat öncəsi KATE də etməyib. Həkim günahkardı, prokurorluğa şikayət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər".

Nəzrinin əməliyyatı yanvarın 3- də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən həyata keçirilib:

"Əməliyyatla bağlı yoldaşım Bakıya gəldi, qızım əməliyyat olan gün o, nəvəsinə baxırdı. Əməliyyatdan bir gün sonra qızımın halı pisləşib. Təcili yardım çağırılıb, ona diklofenak iynəsi vurulub. Əməliyyatı edən həkimlə danışılıb və ona qızımın xəstəxanaya yerləşdirilməsinin vacibliyi deyilib. Amma həkim deyib ki, onu tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Gecə səhərə kimi qızım baş-beyin ağrısından çox əziyyət çəkib. Ayın 5 -i axşama doğru halı tamam pisləşib, hissiyyatını itirib və xəstəxanaya yerləşdirilib. Ora çatanda beyin şoku keçirib. Bir də deyirəm: Qızımın ölümündə həkim günahkardır".

Qeyd edək ki, Nəzrin Mansurova yanvarın 5-də "Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Nəzrin Mansurovanın üç mərasimi yanvarın 15- də Heydər Məscidində olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Yanvar 2025 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri