Icma.az
close
up
RU
Nicat İmanov: “Dövlətözəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri tətbiq ediləcək”

Nicat İmanov: “Dövlətözəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri tətbiq ediləcək”

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.

O, ölkə başçısı tərəfindən 2022-2026-cı illər üzrə sosial iqtisadi inkişaf strategiyasının təsdiq edildiyini xatırladıb. İdarə rəisinin sözlərinə görə, həmin strategiyada Dövlət Vergi Xidməti qarşısında - yəni vergi orqanları qarşısında iki strateji hədəf müəyyən edilib:

"Bu strateji hədəflərdən birincisi iqtisadiyyatın prioritet sahələrinə investisiyaların cəlb edilməsi idi. İkinci istiqamət isə kölgə iqtisadiyyatının daraldılması və bu sahədə rəqəmsallaşmanın genişləndirilməsi idi. Əlbəttə ki, birinci istiqamət üzrə, yəni investisiyaların cəlbediciliyinin artırılması, sahibkarlar üçün vergi yükünün aşağı salınması bu kontekstdə önəmli idi və cari il üçün həyata keçirilmiş vergi qanunvericiliyindəki dəyişikliklər məhz dövlət-özəl tərəfdaşlığını, yerli avtomobil sənayesinin inkişafını, gəmi təmiri ilə bağlı məsələləri, dəmir yollarının inkişafı ilə bağlı vergi dəstəklərini əhatə edir. Yəni bunlar məhz investisiyanın cəlbediciliyinin artırılması baxımından önəmlidir".

N.İmanov vurğulayıb ki, beləliklə, dövlət-özəl tərəfdaşlığına böyük həcmli vergi güzəştlərinin verilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, dövlət-özəl tərəfdaşlıq layihələrinin dəyəri minimum 30 milyon manatdır: "Yəni 30 milyon manat üzərində olan layihələr böyük investisiya tələb edir. Təbii ki, böyük investisiya həm də paralel olaraq məşğulluq yaradır, bu proseslərin icrasını həyata keçirən podratçı və subpodratçı şirkətlərin aktivliyini artırır. Bu baxımdan dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələrə 30 il müddətinə vergi güzəştləri tətbiq ediləcək".

DVX rəsmisi qeyd olunan güzəştlər barədə ətraflı məlumat verib. O bildirib ki, bu güzəştlər məhz birbaşa vergilər - yəni mənfəət vergisini, gəlir vergisini, əmlak vergisini və torpaq vergisini tam həcmdə azad edir: "Eyni zamanda, bu investisiyaların qoyuluşu ilə bağlı əsas vəsaitlərin və fondların idxalı da əlavə dəyər vergisindən və rüsumlardan tamamilə azad edilir. Bu güzəştlər alternativ enerjilərin istehsalı layihələrinə münasibətdə də tətbiq edilir. Daha sonra investisiyaların cəlbediciliyini artırmaq üçün yerli avtomobil sənayesində minik avtomobillərin istehsalı əlavə dəyər vergisindən azad edilmişdir. Paralel olaraq avtobusların istehsalının da əlavə dəyər vergisindən azad edilməsini nəzərdə tutulur. Yəni istehsalçı tərəfindən istehsal edilən avtobusların satışı əlavə dəyər vergisindən azad edilir. Eyni zamanda, bu istehsal prosesi ilə bağlı idxal olunan xammal materialları, yəni o avtobusun ehtiyat hissələrinin idxalı əlavə dəyər vergisindən, rüsumlardan azad edilir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 24 Noyabr 2024 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri