Nicat Məmmədli: “TəhsilPlus” kartı müəllim nüfuzunun artırılmasına xidmət edir
Icma.az bildirir, 525.az portalına istinadən.
“TəhsilPlus” kartı müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi və cəmiyyətdəki nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətli addımdır.
525.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard”ın birgə təşəbbüsü ilə reallaşdırılan “TəhsilPlus” kartının təqdimat mərasimində deyib.
Nicat Məmmədli qeyd edib ki, müəllimlərin rifahının yaxşılaşdırılması və ictimai nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan hər bir addım olduqca vacibdir: “Bu təşəbbüs həmin məqsədə xidmət edir. Kartdan əldə edilən keşbek gəlirləri birbaşa müəllimlərin rifahına yönəldiləcək. Layihə həm də onların peşəkar nüfuzunun artırılmasına və ümumilikdə təhsilin inkişafına töhfə verəcək”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 18 İyul 2025 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















