Nicat Quliyevə, Türkan Yusibovaya və Əsəd Məmmədova vəzifə verildi
Pravda.az-dan alınan məlumata görə, Icma.az xəbər verir Nicat Quliyevə, Türkan Yusibovaya və Əsəd Məmmədova vəzifə verildi.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar olub.
ADY-dən verilən məlumata görə, hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
