Niderlandlı hakimi Azərbaycanla bağlayan SƏBƏB
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının "Vikinq" - "Sabah" oyununu idarə edəcək niderlandlı hakim Sander van der Eyk daha əvvəl Azərbaycan millisinin matçında söz sahibi olub.
Bakıvaxtı.az-ın məlumatına görə, 35 yaşlı FIFA referisi yığmanın DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya uduzduğu matça təyinat alıb.
Ədalət təmsilçisi 2025-ci ilin sentyabrında gerçəkləşən görüşdə hazırda "Sabah"da çıxış edən Rəhman Daşdəmirov və Abbas Hüseynovu sarı vərəqə ilə cazalandırıb. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Niderlandlı hakim karyerası ərzində UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında ədaləti qoruyub.
Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 Noyabr 2026 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















