Niderlandlı nazirdən sərhəddə Azərbaycana qarşı təxribatçı davranış FOTO
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Niderland xarici işlər naziri Kaspar Veldkamp və rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının müşayiəti ilə Ermənistan-Azərbaycan sərhəd zonasına səfər edib.
Bakupost.az xəbər verir ki, bu barədə Aİ missiyası məlumat yayıb.
“Niderland xarici işlər naziri Kaspar Veldkamp, Niderlandın Ermənistandakı səfiri Marike Monroy-Vinter və Ermənistanda səfərdə olan nümayəndə heyətini qəbul etmək şərəfdir”, - missiyanın açıqlamasında deyilir.
Niderland rəsmiləri sərhəddə Aİ missiyası ilə Azərbaycanın mövqelərini müşahidə ediblər.


Xatırladaq ki, Azərbaycan uzun müddətdir sərhəddə təxribatçı fəaliyyətləri ilə diqqət çəkən Aİ missiyasının bölgədə yerləşdirilməsinə etiraz edir. Aİ qrupu ötən dövrdə müşahidə missiyasından çox casusluq və regional təhlükəsizliyi pozan addımları ilə yadda qalıb.
Əlavə edək ki, bu ilin yanvarında Aİ Ermənistandakı missiyasının fəaliyyət müddətinin daha iki il uzadılması barədə qərar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 13 Mart 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















