Icma.az
close
up
RU
“Nifrət selinə qarşı ləyaqət“: Alla Puqaçova bədxahlarına cavab verdi

“Nifrət selinə qarşı ləyaqət“: Alla Puqaçova bədxahlarına cavab verdi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Nifrət maşını və sükutun gücü..."

Sovet və rus estradasının canlı əfsanəsi, milyonların qəlbində iz buraxmış Alla Puqaçova son günlər öz adını yenidən gündəmə gətirib. Amma bu dəfə nə səhnə parıltısı, nə də konsert salonlarının alqışları ilə.

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri yazıb.

Onun sentyabrın 10-da "Qordeyevaya deyin" "YouTube" kanalına verdiyi üç saatlıq müsahibə Ukraynada müharibənin başlanmasından sonra ilk böyük çıxışı olub. Cəmi bir həftədə 18 milyondan çox tamaşaçı Puqaçovanın sözlərinə qulaq asıb. Onun səmimiyyəti, cəsarəti və açıq danışığı Rusiyada böyük rezonans doğurub. Lakin eyni zamanda bu müsahibə, gözlənildiyi kimi, nifrət və qəzəb dalğasını da oyadıb.

Nifrət maşınının hücumu

Müsahibədə Puqaçovanın Çeçenistanın ilk prezidenti Cövhər Dudayev haqqında müsbət ifadələri və Rusiyanın bugünkü siyasi kursuna yönəlmiş tənqidi sözləri dərhal siyasətçiləri, təbliğatçıları və Kreml tərəfdarlarını hərəkətə gətirib.

Polittexnoloq Aleksey Yaroşenko hətta onun barəsində "terrorçuluğa haqq qazandırma" maddəsi ilə cinayət işi açmağı təklif edib. Vəkil Aleksandr Treşşev isə cəfəngiyyata vararaq, sənətkardan "mənəvi zərərə görə" 1, 5 milyard rubl təzminat tələb etmək üçün məhkəməyə müraciət edib.

Amma ən sərt reaksiyanı Çeçenistan rəhbəri Ramzan Kadırov göstərib. O, özünəxas üslubla sənətkarı "xalq düşməni" adlandırıb, hətta təhqirlərini Dudayevə aid ittihamlarla müşayiət edib. Kadırovun sözləri məntiqə yox,  daha çox nifrət dolu şəxsi hücuma bənzəyib.

Puqaçovanın cavabı: sükutun gücü

Və bütün bu hücumlara cavab necə olub? O, gözlənildiyi kimi, pafoslu bəyanat verməyib, ittihamlara qarşı uzun izahlar yazmayıb. Əksinə, həyatının, yaradıcılığının və insan kimi mövqeyinin müdrikliyini ortaya qoyub. Dünən axşam Alla Puqaçova sadəcə bir foto paylaşıb: əlində telefonu tutaraq, təbəssümlə obyektivə baxıb.

Sanki qarşısında yazılan bütün bu həqarətləri oxuyub kənara qoyub.  Fotoya yazdığı qısa şərh isə bir daha onun böyüklüyünü göstərib. O, Vladimir Vısotskinin misralarından iqtibas gətirib: "Deyəcək həvəs bir dəqiqəlik yox oldu. Daha yaxşı deyilmi sadəcə qədəhini bitirmək? Təbəssümlə çıxıb getmək daha yaxşıdır". Bu, Puqaçovanın bəlkə də bütün həyat fəlsəfəsinin ən gözəl ifadəsi idi.

Əsl güc  təmkin və təbəssümdədir

Puqaçovanın cavabı - təmkinli sükut və istehzalı təbəssüm, əslində, ona yönəlmiş nifrət kampaniyasını gülünc vəziyyətə salıb. Çünki nifrətin ən böyük düşməni emosional cavab deyil, ləyaqətli biganəlikdir. O, heç kimə öz alçaq sözlərinin təsiri altında qalmaq imkanı verməyib. Əksinə, öz mövqeyini qısa, lakin dərin məna daşıyan bir iqtibasla ortaya qoyub.

Bu davranışla o, həm öz sənətkar ləyaqətini qoruyub, həm də milyonlarla pərəstişkarına güclü mesaj göndərib:  "Həyatda ən çətin anlarda belə, insan təmkinini itirməməli, təbəssümünü saxlamağı bacarmalıdır". Puqaçova bu cavabla bir daha göstərib ki, o sadəcə mahnıları ilə deyil, həm də həyat mövqeyi ilə əfsanədir. Onun səsi illərlə ürəkləri fəth edib, indi isə onun sükutu sözlərdən daha güclü danışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri