Icma.az
close
up
RU
Niftəliyev 38 milyon manatı bankdan götürüb Şlyapa Zahidin işi

Niftəliyev 38 milyon manatı bankdan götürüb Şlyapa Zahidin işi

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şəhla Abdurəhmanova ifadə verib.

Hazırda Əmanətlərin sığortalanması Fondunda işlədiyini deyən şahid qeyd edib ki, əvvəllər Ata Bank ASC-də işləyib. Onun sözlərinə görə, təqsirləndirilən Zahid Niftəliyevi tanımayıb, onun adını eşidib: "Şahin - CO" şirkətinin adına kredit ayrılması barədə banka sənəd verilmişdi. Sənədlər araşdırılandan sonra kredit ayrılıb. Mənim müştərilərlə ünsiyyətim olmayıb. Mənə sənədlər təqdim olunub, həmin sənədlər araşdırıldıqdan sonra kredit ayrılıb. Müştərinin bankın kredit şöbəsinin əməliyyatçıları ilə əlaqəsi olub, müştəri isə kassadan pulu götürüb. Kreditin ayrılması "Şahin - CO" şirkətinə aid olub".

Şahid qeyd edib ki, müştərilərə kreditlərin ayrılması limiti 10 min manata qədər olub. Onun sözlərinə görə, böyük məbləğdə olan kreditlərin ayrılması üçün bankın müşahidə şurasının sədrinin qərarı olur: 'Zahid Niftəliyev böyük məbləğdə pul götürdüyü üçün müştəri kimi yadımda qalıb. Müqavilədə "Şahin - CO" şirkətinin təmsilçisi Zahid Niftəliyev olub, o da kreditin götürülməsi üçün imza edib. Mən onun özünü görməmişəm. Kredit şöbəsində əməliyyatlar aparılıb. Biz bankın inzibati binasının ikinci mərtəbəsində oturmuşuq. Kredit şöbəsinin işçiləri isə birinci mərtəbə oturublar. Kredit şöbəsinin işçiləri sənədləri hazırlayıb, mən də sənədləri yoxlayaraq kreditin ayrılması üçün imza etmişəm ".

Dövlət ittihamçısının suallarını cavablandıran şahid qeyd edib ki, 38 milyon manat kreditin ayrılması üçün bankın müşahidə şurasının sədri imza edib: "Həmin dövrdə müşahidə şurasının sədri kim olduğu dəqiq yadımda qalmayıb. Amma bankın idarə heyətin sədri isə Dəyanət Quliyev olub. Dəqiq bilirəm ki, Dəyanət Quliyev müşahidə şurasının sədri və üzvü olmayıb".

Zahid Niftəliyev bildirib ki, xanım şahidə hazırda sualları yoxdur: "Amma mənim bu xanıma yazığım gəlir, çünki onun belə ifadə verməyə məcbur edirlər".

Hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, şahidin ifadə verməyə məcbur edilməsi barədə sübut olmalıdır, sübut olmadan ittiham etmək düzgün deyil.

Amma Zahid Niftətəliyev belə bir sübutu olmadığını, amma şahidin ifadəsindən belə məlum olur ki, ifadə verməyə məcbur edilir.
Dövlət ittihamçısı qeyd edib ki, şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər var.

Daha sonra dövlət ittihamçısının vəsatəti əsasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib.
Həmin ifadədə məlum olub ki, "Şahin CO" şirkətinin adına kreditin ayrılması həyata keçirilib, Zahid Niftəliyev də bankdan kredit götürməsi üçün yaxınlaşıb. O, həmçinin ifadəsində göstərib ki, həmin dövrdə bankın idarə heyətinin sədri ya Etibar Babaşlı olub, ya da Dəyanət Quliyev.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, kreditin ayrılması üçün nəzərdə tutulan şirkət həmin gün açılıb, bunu bildiyi üçün bankın idarə heyətinin sədrinə məruzə edib. İdarə heyətinin sədri ona kreditin ayrılması üçün göstəriş verildiyini deyib, buna görə də kredit ayrılıb.

Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, rəhbərlikdən kreditin ayrılması barədə göstəriş verib, deyib ki, kreditin ayrılması qərarlaşdırılıb.

Şəhla Abdurəhmanova qeyd edib ki, keditin ayrılması üçün müşahidə şurası iclasının protokolu olub, həmin protokolu görüb və bundan sonra kreditin ayrılması üçün nəzərdə tutulan sənədlərə imza edib.

Növbəti proses 2025-ci il yanvarın 15-də keçiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 19 Dekabr 2024 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri