Icma.az
close
up
RU
Vicdanla danış, bankdan 7 milyon götürməyimi görübsənmi? Şlyapa Zahidin işi

Vicdanla danış, bankdan 7 milyon götürməyimi görübsənmi? Şlyapa Zahidin işi

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Müdafiə Nazirliyinin sabiq zabiti Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Xamiz Süleymanov ifadə verib.

O bildirib ki, Ata Bank ASC-də işləyib. Təqsirləndirilən şəxsi görməyib, onu tanımayıb.

Xamiz Süleymanov qeyd edib ki, bankda müştərilərlə təmasda olmayıb: "Mən bankda depozit, inkassasiya işlərinə baxmışam. Bankın zirzəmisində olmuşam. Seyflərə nəzarət etmişəm. Pul müştərilərə elektron formada verilib, biz də bundan elektron formada tanış olmuşuq. Bu işləri bankın əməliyyat şöbəsi görüb. Zahid Niftəliyevə pulun köçürülməsindən xəbərim olmayıb".

Daha sonra dövlət ittihamçısının suallarını cavablandıran şahid bildirib ki, 1997-2020-ci illərdə bankda işləyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib.

Amma dövlət ittihamçısı qeyd edib ki, şahidin hazırkı məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaqa ifadəsi arasında ziddiyyətlər var. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli hissləri elan olunub.

Xamiz Süleymanovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən məlum olur ki, bankın depozitlərin saxlanc yerində sabiq vergilər naziri Fazil Məmmədov və Mahir Rəfiyevin özlərinə məxsus seyfləri olub: "Bununla bağlı onlar özlərində qeydlər aparıblar, seyfə özləri baxıblar. Amma güvəndikləri üçün seyfinin açarını mənə veriblər. Mən də orada olan pullardan Mahir Rəfiyevin göstərişi ilə başqa-başqa şəxslərə apararaq çatdırmışam. Həmçinin nazirlikdə Mahir Rəfiyevin köməkçisinə aparıb pul vermişəm".

Şahid ibtidai istintaq zamanı verdiyi bu ifadəsinə belə izah verib: "Orada iki otaq vardı. Birində bankın müştərilərinin depozitləri, əmanətləri saxlanılırdı. Digər otaqda isə müştərilərin şəxsi seyfləri qoyulmuşdu. Bunun banka heç bir adiyyəti yox idi. Həmin şəxslər özləri seyflərə nəzarət edirdilər".

Daha sonra ifadə verən digər şahid Xəyyam Süleymanov bildirib ki, Ata Bank ASC-nin xəzinədarı olub. Onun sözlərinə görə, Zahid Niftəliyevi tanıyıb, onu illər əvvəl bankda görüb: "Müştəri tərəfindən banka kreditin məbləği sifariş olunub. Əməliyyat şöbəsində sənədlər hazırlanıb və Zahid Niftəliyevə bununla bağlı qəbz verilib. Həmin qəbz əsasında da xəzinədarlığa yaxınlaşıb və qəbzi bizə təqdim edib. Həmin qəbzdə 7 milyon manat vəsait göstərilmişdi. Mən belə xatırlayıram.

Pul sayıldıqdan sonra Zahid Niftəliyev götürüb. Ümumiyyətlə, xəzinədarlıqdan pullar sayılmadan müştəriyə verilmir. Zahid Niftəliyev özü pulu alıb, başqasının alması mümkün deyil".

Zahid Niftəliyev isə bildirib ki, heç vaxt bankda olmayıb, ümumiyyətlə, bankın xəzinədarlığının yerini bilməyib: "Sənin balaların var, sən heç məni görmüsən? Danışanda vicdanla danış, məni heç bankda görmüsənmi? Mənim bankdan 7 milyon manat götürməyimi görübsənmi? Allahın bilər, özün bilərsən".

Şahid Xəyyam Süleymanov qeyd edib ki, şəxsin özü olmadan başqa şəxsə pul verilmir. Zahid Niftəliyevin özü xəzinədarlıqdan pulu şəxsiyyət vəsiqəsi ilə birlikdə götürüb.

Daha sonra hakim şahid Xəyyam Süleymanovun ibtidai istintaq zamanı ifadəsində Zahid Niftəliyevin bankdan götürdüyü məbləğləri elan edib.

Şahid ibtidai istintaq zamanı ifadəsində göstərib ki, Zahid Niftəliyev 2015-ci ildə bankdan 7 milyon 350 min manat, daha sonra isə 24 milyon 234 min manat kredit götürüb.

Növbəti proses dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, Zahid Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilib, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib.

Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq Ata Bank ASC-dən köçürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə Ata Bank ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan Ata Bank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Qeyd edək ki, Zahid Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb./teleqraf.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri