Nigar Mirzəliyeva: Rusiya çempionatında turun rəmzi komandasına düşmək sevindirici haldır
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya Qadınlar Liqasında VIII turun rəmzi komandasına seçilməsini sevindirici hal adlandırıb.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında 23 yaşlı müdafiəçi bildirib.
O, "Rubin"ə qalib gəldikləri matçda yaxşı oynadığını söyləyib: "Məhz buna görə rəmzi "11-lik"də yer almışam".
Oyunçu Sankt-Peterburq təmsilçisindəki əsas hədəflərindən də söz açıb: "Hazırda çempionat davam edir. Hər həftə çətin oyunlarımız olur. Bu mövsüm tam başqadır. Bütün klublarla rəqabət aparmaq mümkündür. Amma düşünürəm ki, yenə çempion olacağıq. Bunun üçün növbəti matçlara da ciddi hazırlaşırıq".
Mirzəliyeva Azərbaycan yığmasının mayın 30-da Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçirəcəyi matça da toxunub: "Qələbə qazanmağa çalışacağıq. Növbəti mərhələyə vəsiqə əldə etmək üçün maksimum çox qol vurmaq lazımdır. Düşünürəm ki, komandamız bunu bacaracaq".
Qeyd edək ki, "Zenit" Rusiya Qadınlar Liqasında 8 turdan sonra 17 xalla 13 komanda arasında üçüncü pillədə qərarlaşıb. Nigar Mirzəliyeva bu komanda ilə iki dəfə Rusiya çempionu olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 May 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















