Icma.az
close
up
RU
Nigara görə həkimlərə bu cəza verildi

Nigara görə həkimlərə bu cəza verildi

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdiyi əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, 3 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il müddəttinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkmələrini təklif edib.

Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi xəstənin anesteziya olunmasına və intubasiya etməsinə icazə verməyib:

“Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. Monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb”.

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cəmilə Əliyeva da çıxışında vəkilinin dedillərini təsdiqləyib. O, əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib: “Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlib, lakin onlar da xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu, mənim müdaxiləm nəticəsindədir”.

Yaqub Əsədinin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs səhv intubasiya etsə də, xəstəni nəzarətsiz qoyduğu üçün Cəmilə Əliyeva təqsirkardır:

“Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni burada Yaqub doktorun səhvi yoxdur. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm”.

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də onlara bəraət verilməməlidir.

Yaqub Əsədi son sözündə bildirib ki, xəstənin halı istifadə olunan dərmanlara görə pisləşib. O, məhkəmədən bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəndə çəkəcəklər.

Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra Nigar Budaqlının anası Nəsimi rayon prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri