NİİM: Köməkçi yola daxil olmaq istəyən yük avtomobili nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, AZƏRTAC
Üzərində avtomobillər daşıyan yük avtomobili Heydər Əliyev prospektində köməkçi yola daxil olarkən düzgün dönmə əməliyyatı edə bilmədiyindən bardürün üzərinə çıxaraq yolda qalıb. Nəticədə prospektdən metronun “Koroğlu” stansiyası istiqamətində 16 dəqiqə müddətində nəqliyyatın hərəkəti məhdudlaşıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal yol polisi əməkdaşları tərəfindən həm əsas, həm də köməkçi yolda zəruri tədbirlər görülüb. Yük avtomobilinin hərəkəti bərpa olunub. Qəza riski və məhdudiyyət aradan qaldırılıb. “Bununla yanaşı, bəzi yük avtomobillərinin sürücüləri nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından prospektdən mərkəz istiqamətinə hərəkət etdikdə “Bağırov” tunelindən keçə bilmirlər. Onlar belə vəziyyətdə sağ kənar yola keçmək üçün geriyə hərəkət etdiyindən yolda qəza riski və sıxlıq yaranır. NİİM belə sürücülərə qeyd edilənləri nəzərə almağı və qaydalara əməl etməyi tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 05 Sentyabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















