Icma.az
close
up
RU
Nikahın pozulması səbəblərinin hüquqi təhlili

Nikahın pozulması səbəblərinin hüquqi təhlili

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son illərin statistik göstəricilərinə görə, Azərbaycanda boşanan cütlüklərin sayı xeyli artıb, statistik rəqəmlər həqiqətən narahatedici həddədir.

Nikahın pozulması cəmiyyətin normal inkişafına mane olan fenomenal bir problemdir. Bütün dünyada olduğu kimi bizim ölkəmizdə də nikahın pozulması ailə təsisatlarına mənfi təsir göstərən dağıdıcı amillərdən biridir.

Sosial həyatdakı dəyişikliklər, qısqanclıq, maddi imkanla bağlı ailədə yaranan narazılıqlar, kənar təsirlər boşanma nisbətlərinin artmasının mühüm səbəbləridir.

Bu kimi problemləri nəzərə alaraq “Müasir cəmiyyət və qadın hüquqları” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Nikahın pozulması səbəblərinin hüquqi təhlili” adlı layihəni icra etməyə başlayıb. Layihə 1 sentyabr tarixindən start götürüb, icra müddəti 3 aydır.

Layihə haqqında məlumat verən İB-in sədri Ayaz Əhmədzadə bildirib ki, əsas məqsədimiz nikahın pozulmasının real səbəblərini hüquqi təhlil etmək, araşdırmaq və boşanmadan sonra tərəflər arasında yaranmış problemlərə hüquqi dəstək olmaqdır. Nikahın pozulduqdan sonra ər-arvad və yaxın qohumlar arasında o qədər ciddi problemlər, qarşılıqlı ittihamlar ortaya çıxır ki, bu kimi konfliktlər hətta bəzən cinayət halları ilə nəticələnir.

Əmlak, uşaqla görüş, aliment, zinət əşyaları, mənzil, kredit-ipoteka ödənişi və bu kimi problemlər bitmiş münasibətləri daha da kəskinləşdirir. Acı təəssüflə qeyd etmək istəyirəm ki, boşanmalarda ən çox əziyyət çəkən tərəf uşaqlar olur.

Çünki əksəriyyət boşanmalar zamanı hətta məhkəmə qaydasında ayrıldıqdan sonra da tərəflər bir-birinə qarşı aqressivliklərini davam etdirirlər. Məsələn, ana çalışır ki, uşaqları ataya göstərməsin, ata da qarşılığında alimenti ödəməkdən yayınmağa çalışır. Nəticədə uşaqlar həm valideynlə görüşmək hüququndan, həm də normal maddi vəziyyətdə yaşamaqdan məhrum olurlar.

Bu da tərəflər arasında əlavə olaraq uzun müddət davam edən məhkəmə çəkişmələri ilə nəticələnir. Halbuki sağlam ailə uşaqlarda sağlam mənəvi əxlaqı formalaşdıran ilkin və ən vacib amildir. Ailə dəyərlərində nümunəvi uzunömürlü ailələr təbliq edilməlidir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri