Icma.az
close
up
RU
Menu

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

Ukraynada sülhə mane olanların adları açıqlandı

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

12 ton saxta spirtli içki ələ keçirildi

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

Nikol Paşinyan ABŞ da nə gəzir və Tramp administrasiyasından nə umur? Millət vəkili Pərvanə Vəliyeva ilə analitik müsahibə

Nikol Paşinyan ABŞ da nə gəzir və Tramp administrasiyasından nə umur? Millət vəkili Pərvanə Vəliyeva ilə analitik müsahibə

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Aznews.az analitik-informasiya portalının Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri ilə bağlı suallarını Milli Məclisin deputatı Pərvanə Vəliyeva cavablandırır.

- Xanım Vəliyeva, Tramp administrasiyasının erməni-amerikan strateji tərəfdaşlığına yanaşmasını necə təsəvvür edirsiniz?

- Cozef Baydenin yanvarın 20-də səlahiyyət müddəti başa çatan administrasiyası bir neçə gün öncə Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bayden Administrasiyası 4 il ərzində Azərbaycanın milli maraqlarına toxunan bir sıra addımlar atıb. Ermənistan isə açıq şəkildə dəstəklənib. Bu sazişə də bu konteksdə baxılmalıdır. Tramp dövründə iqtisadi tərəfdaşlıq coğrafi cəhətdən uzaqlığa görə real görünmür. Nəzərə almaq lazımdır ki, Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və Ermənistan kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına ixrac olunur. Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında hərbi yardım barədə öhdəlik yoxdur. Lakin bununla belə, hərbi və müdafiə sahəsində əməkdaşlıq müddəası da sazişdə yer alır.

- Sizcə, Ermənistan hökuməti Tramp administrasiyasının xarici siyasətində hansı əsas istiqamətləri nəzərə almağa çalışır?

- Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi, öz ölkəsinin milli maraqlarını, iqtisadiyyatını, öz vətəndaşlarının rifahını ön plana çəkən siyasi kurs yeritdiyini görürük. Bu xüsusda Trampın dövründə ABŞ administrasiyasının regionumuzun məsələlərinə aşırı müdaxiləsini proqnozlaşdırmıram. Ermənistan da bunu nəzərə almalı, bölgədə yeni gərginlik yaratmamalıdır.

- Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə mövqeyi necə olacaq?

- Bu kontekstdə Azərbaycanla bağlı Ermənistan tərəfindən şişirdilmiş gözləntilərin aradan qalxacağına ümid edirəm. Sülh prosesinə isə ABŞ-ın müdaxiləsini proqnozlaşdırmıram. Tramp hələ ki, öz ölkəsinin 4 il ərzində iqtisadi geriləməsinin nəticələrini aradan qaldırmaq, ölkənin maksimum həddə çatan xarici borcunu azaltmaq və ölkə gəlirlərini artırmağın potensial həll yollarını tapmağa və tətbiq etməyə çalışır.

- Ermənistan hökuməti ABŞ-ı Azərbaycana təzyiq göstərməyə inandırmaq üçün hansı arqumentlərdən istifadə edə bilər?

- Zənnimcə, Paşinyanın Tramp administrasiyasından gözləntiləri və ümidləri tezliklə boşa çıxacaq. Üçüncü tərəfləri regiona gətirməklə Ermənistanın Sülh Sazişində maraqlı olmadığını və qeyri-səmimi olduğunu bir daha görürük. Ermənistan uzun illər milli təhlukesizliyinin qaranti kimi Rusiyani görürdü, indi de ABŞ-ı görür. Yəni özünə deyil, kənara istinad edir. Azərbaycanın isə milli təhlükəsizliyinin qarantı özüdür.

- Tramp administrasiyasının Paşinyanın “sülh yollarının kəsişməsi” konsepsiyasına maraq göstərməsi mümkündürmü?

- Ermənistan "Sülh Kəsişməsi" adlı qondarma bir layihəni irəli sürərək diqqəti yayındırmağa çalışır. Lakin bu layihənin həyata keçməsi üçün Azərbaycanın razılığı vacibdir, çünki Azərbaycanın iştirakı olmadan bu layihənin heç bir əhəmiyyəti yoxdur. Ermənistanın bu təşəbbüsü sadəcə beynəlxalq ictimaiyyəti çaşdırmaq və manipulyasiya cəhdi kimi qiymətləndirilə bilər. Yuxarıdakı suala qayıtsaq, Ermənistan hökuməti ABŞ-ı Azərbaycana təzyiq göstərməyə inandırmaq üçün hansısa arqumentlərə söykənməsi belə, ikitərəfli deyil, bu məsələdə, üçtərəfli danışıqların olmasını tələb edir. Ermənistanın Bayden Administarsiyası ilə yaxın olması o demək deyil ki, Trampla da belə olacaq.

- Tramp administrasiyasının İran və Rusiyaya qarşı siyasəti Ermənistan üçün hansı təsirlər yarada bilər?

- Paşinyanın ABŞ-dan özünə qarant axtarmasını Rusiya və İrana qarşı addım kimi də qiymətləndirmək olar.

- 907 saylı qətnamə və digər potensial qərarlar qarşıda rəsmi Bakı ilə münasibətlərdə hansı problemlər yarada bilər?

- 907 saylı düzəliş Konqresin 2001-ci ildə verdiyi səlahiyyətlərə uyğun olaraq, 2002-ci ildən bəri hər il ABŞ Prezidenti tərəfindən dayandırılır və düşünmürəm ki, Tramp dövründə də bu, işləsin, çünki onun öncəki hakimiyyəti dövründə bu, baş tutmayıb. Tramp administrasiyasının xarici siyasəti əsasən əvvəlki dövrdə əsasən, ABŞ-ın iqtisadi və təhlükəsizlik maraqlarına yönəlmişdi və Cənubi Qafqaz regionu prioritetlər sırasında ön planda deyildi. Ümumilikdə, Tramp administrasiyası Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsində fəal rol almamış və bu prosesə birbaşa təsir edən siyasət həyata keçirməmişdir.

Rəfiqə Namazəliyeva,
AzNews.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Fevral 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see193

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see157

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see139

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see131

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see129

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see127

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see127

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see126

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see124

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see121

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see120

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see119

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see119

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see119

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see119

Zelenski ABŞ la faydalı qazıntı yataqlarına dair danışıqları müsbət qiymətləndirib

15 Aprel 2025 19:33see116

Azərbaycan üzgüçülük millisinin məşqçisi: “Çexiyada medal sayı daha çox ola bilərdi

15 Aprel 2025 19:37see115

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see113

Azərbaycanla Ermənistan münasibətləri Misirdə müzakirə olunub

15 Aprel 2025 18:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri