Nikol Paşinyan: Hər gün işə Real Ermənistan vizyonu ilə gedirik
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Tarix” dedikdə, əsasən keçmişdə baş vermiş hadisələri başa düşürük. Məgər bu, fundamental problem deyilmi? Əgər tarix artıq baş veribsə, biz daha nə edə bilərik?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan sosial mediada yazıb.
“Yaxud nəsə edə bilsək belə, bu, keçmişi bu gün yenidən canlandırmaqla onu dəyişdirməyə cəhddir. Halbuki praktikada artıq baş vermiş hadisələri dəyişmək mümkün deyil. Bəs nə etməli? Yeganə həll yolu var: “tarix” dedikdə artıq baş vermiş hadisələri deyil, baş verməli olanları nəzərdə tutmaq. Bu yanaşma bizi tarixin tamhüquqlu müəllifinə çevirir, çünki tarix indi yaradılır, sabah da yaradılmalıdır.
Bəs keçmişdə baş verənlər nədir? Bu, tarixi təcrübədir, tarixi bilikdir. O, tarixi təkrarlamamaq üçün nə etməli və nədən çəkinməli olduğumuzu göstərən praktiki bələdçidir. Bu gün Ermənistan Respublikasının vətəndaşının yaratdığı tarix məhz buna görə xüsusidir. Belə bir tarix əvvəllər heç vaxt yaşanmayıb və görünür, ilk dəfədir biz tarixi təkrarlayan deyil, onu yaradan tərəfik. Tarix artıq baş vermiş hadisələr deyil, baş verməli olanlardır. Baş verməli olan isə davamlı dövlət strategiyasının həyata keçirilməsi və azad və xoşbəxt Ermənistan vizyonunun gerçəkləşdirilməsidir. Real Ermənistan ideologiyasını bölüşənlər, harada və hansı sahədə işləmələrindən asılı olmayaraq, işə məhz bu vizyonla gedirlər”, - o bildirib.
“Real Ermənistan” ideologiyasına gəlincə, Nikol Paşinyanın öz iddiasına görə, bu konsepsiya hazırkı sərhədlər daxilində olan ölkəyə əsaslanır, qonşu dövlətlərə, xüsusən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 12 Oktyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















