Icma.az
close
up
RU
AP: “Tramp Konstitusiyanı pozur”

AP: “Tramp Konstitusiyanı pozur”

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az
xəbər verir ki, “AP” agentliyinin redaksiyasının yaydığı bəyanatda ABŞ hökumətinin “qisas təhdidi altında xəbər şirkətinin nə dərc etməli olduğunu diktə etməyə” çalışdığı bildirilir.
Dünən Ağ Evin aparat rəhbərinin müavini Teylor Badoviç “AP”-nin akkreditasiyadan keçmiş əməkdaşlarının Oval kabinetə və ABŞ prezidentinin təyyarəsinə daxil olmasına icazə verilmədiyini bildirib. O, bunu redaksiyanın Meksika körfəzinin yeni adından istifadə etməmək barədə qərarı ilə əlaqələndirib. Badoviç belə siyasəti “AP”-nin dezinformasiyaya sadiq qalması kimi qiymətləndirib. Xatırladaq ki, bir müddət əvvəl Donald Tramp Meksika körfəzinin adının Amerika körfəzinə dəyişdirilməsi haqqında fərman imzalayıb.
Lakin agentlik bu ittihamları rədd edir. “AP”-nin nümayəndəsi Loren İston deyib ki, agentliyin istifadə etdiyi coğrafi adlara görə jurnalistlərin prezidentin qatıldığı hadisələri işıqlandırmasına qadağa qoyulması “ABŞ Konstitusiyasında bütün amerikalılar üçün təsbit olunmuş” söz azadlığı hüququnu pozur. Onun sözlərinə görə, agentlik öz materiallarında Meksika körfəzi ifadəsini işlədir, lakin eyni zamanda, Trampın fərmanına əsasən ABŞ-də bura “Amerika körfəzi” deyildiyini də yazır.
USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb Qeyd edək ki, bu həftə agentliyin jurnalistlərinə Ağ Evdə bir sıra tədbirləri, o cümlədən Trampın Hindistanın baş naziri Narendra Modi ilə keçirdiyi mətbuat konfransını və prezidentin Oval kabinetdəki brifinqini işıqlandırmaq qadağan olunub.
Bundan əlavə, Tramp bu həftə “Fox News” telekanalına verdiyi müsahibədə müsahibədə bildirib ki, bir sıra nəşrlər Hökümət Effektivliyi Departamentinin (DOGE) milyarder rəhbəri İlon Maskı prezident adlandırmaqla, onların “arasını vurmağa” çalışırlar.
1846-cı ildə ABŞ-də yaradılmış və mənzil-qərargahı Nyu-Yorkda yerləşən “Associated Press (AP)” agentliyi dünyanın ən böyük və ən nüfuzlu xəbər təşkilatlarından biridir. Onun jurnalistləri 100-dən çox ölkədə işləyir və siyasət, iqtisadiyyat, müharibə, fəlakətlər, idman və mədəniyyəti işıqlandırır.
Bununla belə, ABŞ-nin Beynəlxalq İnkişaf agentliyinin (USAID) qlobal miqyasda cinayətkar əməlləri ilə bağlı yaşanan qalmaqalda “AP”-nin də adının hallandırılması agentliyin media fəaliyyətindən daha çox siyasi sifarişləri yerinə yetirdiyindən xəbər verir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Fevral 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri