Nikola Sarkozi həbsxana yeməyindən imtina edib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxana yeməyindən imtina edib və yalnız qatıqla qidalanır.
AZƏRTAC xəbər verir ki, “Point” nəşri bu barədə siyasətçinin yaxınlarına istinadla məlumat yayıb. Məlumata görə, sabiq dövlət başçısı özünə qarşı çoxsaylı düşmən münasibətlərini nəzərə alaraq kameraya gətirilən yeməklərə toxunmur. O, həmçinin bacarmadığı üçün ərzaq alıb yemək də bişirə bilmir.
Qeyd edək ki, Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə beş il həbs cəzasına məhkum edilib. Oktyabrın sonunda Parisdəki “Sante” həbsxanasına yerləşdirilən sabiq prezidentin təhlükəsizliyini iki silahlı polis təmin edir.
Baxış sayı:100
Bu xəbər 06 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















