Nikolay Kolesnik: Ukrayna ilə Azərbaycan arasında yaşıl enerji üzrə tərəfdaşlığın dərinləşdirilməsi mühüm istiqamətdir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kiyev, 1 oktyabr, AZƏRTAC
Ukrayna ilə Azərbaycan arasında yaşıl enerji sahəsində tərəfdaşlığın dərinləşdirilməsi dövlətlərarası əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın energetika nazirinin müavini Nikolay Kolesnik bildirib. Onun sözlərinə görə, son illərdə Ukrayna ilə Azərbaycan arasında dövlətlərarası dialoq ən yüksək səviyyədə intensivləşib, xüsusilə də hər iki ölkənin energetika nazirlərinin rəhbərliyi ilə fəaliyyət göstərən ikitərəfli hökumətlərarası komissiya çərçivəsində əməkdaşlıq genişlənib.
“Yüksəksəviyyəli çoxsaylı görüşlərdən sonra ölkələrimiz arasında enerji sahəsində, xüsusilə qaz sektorunda uğurlu əməkdaşlıq nümunələri mövcuddur. İqlim-neytral enerji mənbələrinin inkişafı istiqamətində tərəfdaşlığın dərinləşdirilməsi də perspektivli sahələrdəndir. Bərpaolunan enerji layihələrinin reallaşdırılması dövlətlərarası əməkdaşlığın əsas istiqamətlərindən biridir”, – deyə nazir müavini qeyd edib.
N. Kolesnik vurğulayıb ki, manevr generasiyaları, xüsusilə hidroenergetika enerji sisteminin tarazlaşdırılması və bütövlüyünün qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, Ukraynanın bu sahədə böyük təcrübəsi var və ölkə bu təcrübəni azərbaycanlı tərəfdaşlarla bölüşməyə hazırdır.
Nazir müavini, həmçinin Ukraynanın enerji infrastrukturunun bərpasına dəstək göstərən humanitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 01 Oktyabr 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















