Icma.az
close
up
RU
Nine Senses Fest 2025 Bakıda harmoniya, hərəkət və bayram ab havası ilə başladı

Nine Senses Fest 2025 Bakıda harmoniya, hərəkət və bayram ab havası ilə başladı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İlin səbirsizliklə gözlənilən "Nine Senses Fest 2025" festivalı bu gün Bakının bir neçə tanınmış məkanında təntənəli şəkildə açılıb.

Oxu.Az xəbər verir ki, festivalın ilk günü yüzlərlə iştirakçını özünü tanıma, sağlamlıq və mənəvi zənginlik yolunda bir araya gətirib.

Festival Heydər Əliyev Fondunun vitse-prezidenti və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir və bu il də "Ənənədən-hərəkətə" şüarı ilə qədim bilikləri müasir yanaşmalarla birləşdirərək davam edir.

Günün ilk saatlarında "The Club Port Baku" və "Nine Senses" Mərkəzinin şəhər filialında günəşin doğuşunu qarşılayan yoqa və meditasiya sessiyaları ilə festival başlayıb. Tanınmış mütəxəssislər - Anar Abbasov, Marat Vahabov, Nandan Qautam və digərləri balans yoqası, bədii yoqa və dinamik meditasiya seansları ilə iştirakçıları bədən, zehin və ruh harmoniyasına dəvət ediblər.

Günorta saatlarında müxtəlif məkanlarda Kundalini yoqası, bioenergetika, neyrooyanış, rəqs terapiyası və səs terapiyası kimi dərin sağalma təcrübələri təqdim olunub. Eyni zamanda, "Sea Breeze Event Hall" zonasında yerləşən Terrace zonasında tarot oxuları, yerli ustaların yarmarkası, çay mərasimləri, incəsənət terapiyası və canlı hang musiqi ustad dərsləri ilə yaradıcı ruh yüksəlib.

Saat 19:00-da "The Club Port Bakuda"da keçirilən açılış mərasimi festival iştirakçılarını, sənətçiləri və dəvətliləri bir araya gətirərək rəmzi olaraq daxili oyanışa start verib. Axşam isə Vibrosoundlab tərəfindən təqdim olunan immersiv səs terapiyası seansı ilə dərin və transformasiyaedici bir atmosfer yaradılıb.

Festival çərçivəsində Bharat Thakur, Sudhakar Dass və Perukua kimi dünya miqyaslı ustalar öz təcrübələrini paylaşacaqlar. Festivalın əsas sponsoru ötən il olduğu kimi yenə də "Azersun Holdinq"dir.

Fəstival çərçivəsində "Sea Breeze Event Hall"da Azərbaycan Tekstil Assosiasiyasının və Shoppingaz.az platformasının təşkilatçılığı ilə keçirilən "Made in Azerbaijan" yarmarkasında 200-dən çox yerli brend öz məhsullarını təqdim edir.

Biletlər artıq satışdadır: ninesenses.az/nsf25

Gəlin birlikdə hərəkət edək, hiss edək və həyatın doqquz duyğusunu birlikdə yaşayaq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 May 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri