Icma.az
close
up
RU
Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest 2026” keçiriləcək VİDEO

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest 2026” keçiriləcək VİDEO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 12-14-də paytaxtın bir neçə məkanında və “Sea Breeze” kurort kompleksində keçiriləcək 3-cü Beynəlxalq Yoqa Festivalı olan “Nine Senses Fest-2026” ərəfəsində qarşıdakı tədbirin proqramı və konsepsiyası ilə bağlı mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Nine Senses” mərkəzinin akademik direktoru Natalya Jukova festivala hazırlıq işlərinin son mərhələyə qədəm qoyduğunu və intensiv templə davam etdiyini diqqətə çatdırıb.

“Nine Senses Fest-2026” festivalı “Köklərdən böyüməyə” mövzusunda keçiriləcək. Bu mövzu gələcək inkişaf, fərdi böyümə və irəliyə doğru hərəkətin möhkəm təməli kimi xidmət edən köklərə, mədəni irsə və ənənələrə hörmət ideyasını əks etdirir.

N. Jukova deyib: “Bu ideya bizə köklərimiz, xatirələrimiz, ailə tariximiz və adət-ənənələrimizlə əlaqəni qorumağın vacibliyini xatırladır. Bunlar daxili güc, dözümlülük və ilham mənbələridir. İnsan məhz bu təcrübələr üzərində düşünmək və yaşamaqla böyüyür, inkişaf edir və sonra toplanmış biliklərini, hisslərini və dəyərlərini ətrafındakı dünya ilə bölüşür”.

O qeyd edib ki, festivalın əsas konsepsiyası bədən, ağıl və ruhun vəhdəti vasitəsilə fərdin harmonik inkişafıdır. Bu fəlsəfə bütün proqram sahələrini birləşdirir.

Direktorun sözlərinə görə, bu il festival tematik əhatə dairəsini xeyli genişləndirib. Ənənəvi təcrübələr, mühazirələr və sağlamlıq proqramları ilə yanaşı, müasir incəsənətə, yaradıcı özünüifadəyə və yaradıcılıq potensialının inkişafına həsr olunmuş genişmiqyaslı art-blok da xüsusi yerə malik olacaq.

“Bu il festival məzmun baxımından əhatə dairəsini xeyli genişləndirib. Müasir incəsənət və yaradıcılıqda müxtəlif tendensiyaları bir araya gətirəcək hərtərəfli bədii proqram hazırlamışıq", - deyə o vurğulayıb.

Festival tədbirləri altı məkanda keçiriləcək. Proqramın bir hissəsi “Nine Senses” mərkəzində, əsas tədbirlər isə “Nine Senses Art Centеr”də baş tutacaq. Qonaqlar üçün tematik zonalar, ustad dərsləri, mühazirələr, seminarlar və dəvət olunmuş mütəxəssislərlə görüşlər təşkil ediləcək.

Təşkilatçılar uşaq proqramına xüsusi diqqət yetiriblər. Proqrama gənc iştirakçılar üçün ixtisaslaşmış təhsil və yaradıcı fəaliyyətlər daxildir.

N. Jukova qeyd edib: “Bu il uşaqlara həsr olunmuş ayrıca proqram hazırlayırıq. “Uşaqlar uşaqlar üçün” proqramının bir hissəsi olaraq, gənc iştirakçılar yaradıcı fəaliyyətlərlə məşğul ola, təcrübə mübadiləsi apara, bədii və təhsil layihələrində iştirak edə, dəstəkləyici və ilhamverici bir mühitdə istedadlarını inkişaf etdirə biləcəklər”.

Müxbir – Günel Alıyeva

Foto – Azər İbrahimov

Video – İlham Nadirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri